Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb - FOTO
Misirdə səfərdə olan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 11-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vitse-spiker Adil Əliyev bu il Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsindən söz açıb, Misirin paytaxtı Qahirə şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq kikboksinq yarışının təşkil olunmasını yüksək dəyərləndirib.

Adil Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və suverenliyinin xilası və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən bəhs edərək, ölkəmizin bu gün Heydər Əliyev siyasətini və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə lider dövlətlərdən birinə çevrildiyini bildirib.

Vitse-spiker Misir Senatının sədrinə regiondakı postmüharibə dövrünün reallıqları, Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan ərazilərində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ildən artıq məcburi köçkün həyatı yaşamış Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarına qayıtmaları prosesi artıq başlayıb.

Abdel Vahab Abdel Razeq Azərbaycanın uğurlarının və inkişafının qardaş Misir xalqını sevindirdiyini deyib. O, bundan sonra da ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə, parlamentlərarası münasibətlərin isə bu dostluğa töhfə verməyə davam edəcəyinə əminliyini bildirib. Senatın sədri Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsini və bu dövrdə Hərəkatın fəaliyyətinə çoxsaylı töhfələr verdiyini qeyd edib.

Söhbətdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb - FOTO
Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb - FOTO
Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb - FOTO
Vitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb - FOTO

Son xəbərlər

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031