Əli Əsədov Soçidə iclasda iştirak etdi - YENİLƏNİB

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Prezident İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd edib.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb: “Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”.

Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkib. O bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub: “Bu gün biz Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş Qarabağda avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına sərmayə yatırırıq”.

Qeyd olunub ki, Azərbaycan ərazisində - Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilir. Bütün bu tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək.

***

8 iyun 2023-cü il tarixində Soçi şəhərində Qırğızıstan Respublikasının sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin və digər üzr ölkələrin hökumət rəhbərləri iştirak edib.

Gündəliyə daxil edilmiş bütün məsələlərə baxılıb və 17 sənəd qəbul edilib.

Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, xidmətlərin, təsisatların, fəaliyyətlərin və investisiyaların azad ticarəti haqqında Sazişi müzakirə edib və imzalayıblar.

Əsas müzakirə mövzularından biri MDB-yə üzv dövlətlər arasında sənaye əməkdaşlığının inkişafı olub. İclasda onun inkişafına dair 2030-cu ilədək olan dövr üçün müvafiq Konsepsiya və Tədbirlər Kompleksi qəbul olunub.

Konsepsiyanın məqsədləri yeni yüksək texnologiyalı sənaye sahələrinin yaradılması, Birlik ölkələrində sənaye istehsalının sürətləndirilmiş inkişafı və modernləşdirilməsi, onun texnoloji cəhətdən yeniləşdirilməsi, rəqabətqabiliyyətli, innovativ və elmtutumlu məhsulların istehsalının və ixracının artırılmasından, əlavə dəyərin payı, o cümlədən məhsulun keyfiyyəti üzrə beynəlxalq standartlara nail olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifah səviyyəsinin və həyat keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

2030-cu ilə qədər olan dövr üçün MDB iştirakçısı olan dövlətlərin sənaye kooperasiyasının inkişafı üzrə tədbirlər kompleksi Konsepsiyanın həyata keçirilməsi mexanizmi kimi çıxış edir və Birliyin müvafiq dövlətlərin sənaye siyasətinin həyata keçirilməsi yolu ilə sənaye kooperasiyasının inkişafı və dərinləşdirilməsini nəzərdə tutur.

Telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə mübarizə sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə belə cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, onların qarşısının alınması üçün istifadə olunan mexanizmlər üzrə əməkdaşlıq və müsbət təcrübə mübadiləsi, telekommunikasiya operatorlarının iqtisadi maraqlarının, telekommunikasiya şəbəkələrində təhlükəsizliyin təmin edilməsi sahəsində milli qanunvericiliyin uyğunlaşdırılması, son istifadəçilərin maraqları və müdafiəsi naminə beynəlxalq telekommunikasiya xidmətləri bazarının dayanıqlı fəaliyyəti və səmərəli inkişafı üçün şərait yaradılması qeyd olunub.

MDB hökumət başçıları həmçinin 2030-cu ilə qədər olan dövr üçün elektron və elektrik avadanlıqlarının tullantılarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə Tədbirlər Planını qəbul ediblər.

DİM üzvləri Müstəqil Dövlətlər Birliyində sağlamlıq imkanları məhdud uşaqlar arasında idman günlərinin mütəmadi olaraq keçirilməsi barədə qərar qəbul ediblər. Onlar dörd ildə bir dəfə, qış və yay idman növləri üzrə ayrıca keçiriləcək. İlk yarışların 2024-cü ildə qış idman növləri üzrə, 2026-cı ildə isə yay idman növləri üzrə keçirilməsi təklif edilir.

Bundan başqa, Şuranın iclasında MDB orqanlarının işinin maliyyə təminatı, bir sıra kadr təyinatları məsələlərinə də baxılıb.

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il oktyabrın 27-də Bişkekdə keçirilməsi planlaşdırılır.
Əli Əsədov Soçidə iclasda iştirak etdi - YENİLƏNİB

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930