
Xəbərlər
7.06.2023, 21:39
PÜNHAN BƏYİN ANASI (Ömrünü oğlu Pünhan Şükür ə bağışlamış Səriyyə ANAYA)

PÜNHAN BƏYİN ANASI
(Ömrünü oğlu Pünhan Şükür ə bağışlamış Səriyyə ANAYA)
Kirələrdən kirələrə illərini daşıdı,
Ürəyində övladının dərdlərini yaşadı,
Qaysaqları bağlanmayan yaraları qaşıdı
Pünhan bəyin ANASI...
Nəvələri böyüdüb də nəticəsini gördü,
Özünə fani dünyada xoşbəxtlik tacı hördü,
Son mənzilə cəsarətlə ömür köçünü sürdü
Pünhan bəyin ANASI...
Mən yetimə telefonda şeirini də söylədi,
Söz xəncərinin gücüylə dərdlərini teylədi,
Doğmalarını yığaraq vəsiyyət də eylədi
Pünhan bəyin ANASI...
Həyatın son damlasını şirin su kimi içdi,
Yaxınlaşan əzraili qorxmazlığı ilə biçdi,
İstini oğluna verib soyuq torpağı seçdi
Pünhan bəyin ANASI -
Saf analar SONASI...
Ürəyində övladının dərdlərini yaşadı,
Qaysaqları bağlanmayan yaraları qaşıdı
Pünhan bəyin ANASI...
Nəvələri böyüdüb də nəticəsini gördü,
Özünə fani dünyada xoşbəxtlik tacı hördü,
Son mənzilə cəsarətlə ömür köçünü sürdü
Pünhan bəyin ANASI...
Mən yetimə telefonda şeirini də söylədi,
Söz xəncərinin gücüylə dərdlərini teylədi,
Doğmalarını yığaraq vəsiyyət də eylədi
Pünhan bəyin ANASI...
Həyatın son damlasını şirin su kimi içdi,
Yaxınlaşan əzraili qorxmazlığı ilə biçdi,
İstini oğluna verib soyuq torpağı seçdi
Pünhan bəyin ANASI -
Saf analar SONASI...
7.06.2023 Giya Paçxataşvili
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










