Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib: Kommunal təchizatda hansı problemlər yaranıb? - YENİLƏNİB
“İsmayıllıda sel daşqınları olub. Lakin “Azəriqaz” İB-nin abonentlərinin təbii qaz ilə təminatında heç bir fasilə yaranmayıb”.

Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, boru xətləri yerin altına salındığından heç bir fəsad qeydə alınmayıb:

“Sakinlərə təbii qazın verilişində nə gecə saatlarında, nə indi heç bir problem yaranmayıb. Hazırda da təbii qazın verilişi normal qaydada davam edir”.

09:44

Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında da bir sıra problemlərə səbəb olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib. O bildirib ki, ötən gecə məlum səbəbdən qasırğa şəbəkələrə müəyyən zərər vurub:

“O cümlədən İsmayıllı rayonunda da elektrik xətlərində açılmalar olub. Gecə ilə həmin xətlərdə olan qəzalar dərhal aradan qaldırılıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişində kiçik fasilələr olub, lakin bu, təbiidir. Ümumilikdə sözügedən regionda elektrik enerjisinin verilişində ciddi problem yoxdur. Sadəcə, Lahıc yolu dağ uçqunu səbəbindən bağlanıb, lakin elektrik xətlərində gərginlik var”.
09:32

Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında bir sıra problemlərə səbəb olub. Eləcə də axşamdan Lahıc yolu uçqun səbəbindən bağlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə Şöbəsinin müdiri Namiq Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıc yolunda baş verən dağ uçqununun fəsadlarının aradan qaldırılması üçün səhər saat 06:00-dan etibarən ərazidə üç texnika çalışır:

“Hər hansı can itkisi yoxdur. Mövcud vəziyyətin aradan qaldırılması və yolun açılması istiqamətində işlər davam etdirilir. Hətta son məlumata görə, artıq Lahıc yolunda hərəkət bərpa edilib. İsmayıllıda sel ilə bağlı problem olmayıb. Güclü külək səbəbindən bir sıra evlərin və İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Aidiyyəti üzrə zəruri tədbirlər görüləcək”.

Meliorasiya və Su Təsərrüfatının Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, sel keçən ərazilərdə vəziyyət stabildir:

“Hazırda da İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları ərazidə işləyir. Səhərə kimi bütün texnikalarımız və işçi heyətimiz selin ötürülməsi üçün əlindən gələni edib. Göyçayda çay bir qədər məcrasından çıxıb, amma ağır fəsadlar yoxdur. Qalan çaylarda vəziyyət stabildir, ağır təhlükəli vəziyyət yoxdur. Lahıc yolundakı uçqun səbəbindən isə çaylarda hər hansı daşqın müşahidə edilməyib”.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930