Litvada 28 May – Müstəqillik Günü qeyd edilib - FOTOLAR
Azərbaycanın Litvadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Qəbulda Litvanın dövlət və hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Mantas Adomenas, Baş prokuror Nida Qrunskiene, Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus, Litva Seyminin müxtəlif komitələrinin, o cümlədən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədrləri və üzvləri, həmin qrupun dəvəti ilə Litvada səfərdə olan Azərbaycan Milli Məclisinin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nəsib Məhəməliyev və üzvü Rasim Musabəyov, ictimai-siyasi xadimlər, Vilnüsdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli tatar və karaim icmalarının, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlılar iştirak ediblər.

Səfir Tamerlan Qarayev tədbirdə çıxış edərək 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən və onun fəaliyyətindən söz açıb. Mövcud olduğu iki ilə yaxın müddətdə atdığı mühüm addımlar və qəbul etdiyi tarixi qərarlarla tarixdə silinməz iz qoyan Cümhuriyyətin müstəqilliyinə 1920-ci ildə bolşevik işğalı ilə son qoyulduğu bildirilib.

Diplomat 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, həmin dövrdə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizin 30 il sonra 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsindən danışıb.

Azərbaycan-Litva münasibətlərinin təməlinin hələ 1918-ci ildə qoyulduğunu vurğulayan T.Qarayev həmin dövrdə Cümhuriyyətin dövlət və hökumət qurumlarında yüksək vəzifələr tutan general M.Sulkeviç, Oqlred və Arslan (Leon) Kriçinski qardaşları və digərləri də daxil olmaqla Litva tatarlarının 22 nümayəndəsinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına töhfələr verdiyini bildirib.

Həmçinin Litvanın Aİ məkanında Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik doqquz ölkədən biri olduğu bildirilib, son dövrlər ikitərəfli əlaqələrdə dinamikliyin müşahidə edildiyi vurğulanıb. Bu xüsusda Litva Prezidenti Gitanas Nausedanın ötən ilin mayında ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevin isə bir neçə gün əvvəl Litvaya səfərlərinin, eləcə də digər qarşılıqlı səfərlərin, bu il Vilnüsdə Hökumətlərarası Birgə Komissiyanın iclasının və nüfuzlu iş adamlarının iştirakı ilə keçirilən biznes forumun ikitərəfli əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Tədbirdə Litva dövləti adından əsas qonaq qismində çıxış edən xarici işlər nazirinin müavini M.Adomenas Litva-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrindən söz açıb, keçmiş SSRİ rəhbərliyinin müstəqilliyə can atan Azərbaycan və Litva xalqlarına qarşı 1990-cı il yanvarın 20-də və 1991-ci il yanvarın 13-də Bakıda və Vilnüsdə törətdiyi cinayətləri xatırladıb. Ölkəmizin Avropanın enerji təchizatında mühüm rolunu xüsusi vurğulayan nazir müavini Müstəqillik Günü münasibətilə Azərbaycan dövlətinə və xalqına Litva dövləti adından təbriklərini çatdırıb.

Təntənəli tədbir Azərbaycana həsr olunmuş videoçarxların nümayişi və milli musiqimizin səsləndirilməsi ilə davam edib.
Litvada 28 May – Müstəqillik Günü qeyd edilib - FOTOLAR
Litvada 28 May – Müstəqillik Günü qeyd edilib - FOTOLAR
Litvada 28 May – Müstəqillik Günü qeyd edilib - FOTOLAR

Son xəbərlər

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031