ADIN NƏDİR, İGİD... ?
ADIN NƏDİR, İGİD... ?

Belə eşitmişəm ki, birindən, qardaşı haqqında soruşanda belə cavab verir. - "Yol yoldaşı olmamışam"...
Yüz kilometrdən yuxarı olacaq yol səfərimdə, gedəcəyim maşının arxa oturacağında oturub, uşaqlıqla, qazanclarının haqq-hesabın aparırmış kimi öz aləmində olan bir can balamız oturmuşdu. Maşındakılarla görüşüb, bu gözəl balanın üzündən, gözlərindən istəməməsinə baxmayaraq zülümləm öpə bildim. Bunun, uzaq səfər ərəfəsi bu yaşdakılar və biz yaşlılar üçün gözəl fürsət olduğunu anladım. Arada ruhumuzu oxşayan, uşaq istəyindən doğan cığallığı, gözümüzdən yayınmayan dəcəlliyi sanki bizə zövq verirdi. Yolboyu söhbətlərimiz daha da maraqlı alınırdı.

Uşaq görəndə özümdən aslı olmayan səbəbdən, onun maraq dünyasının incəliklərin öyrənmək məqsədi ilə, həmişə olduğu kimi, aramızdakı təması daha maraqlı etməkdən ötürü, kinolarımızda deyildiyi kimi, - " adın nədi, igid?" - deyib sual etdim. Əli - deyib, bir anlıq əlindəki işi görmək hərəkətlərin səngitdi. Anladım ki, söhbətimizi davam etdirmək olar. Verdiyim suallara aldıqım cavablar, məni bu balaca igidmizlə daha yaxından tanış olmağa sövq etdi.
ADIN NƏDİR, İGİD... ?

Öyrənə bildim ki, Əli Mehman oğlu Əlirzayev karate do şotokan w k.f növləri üzrə 3 qat Sumqayıt çempionu olub. Dəfələrlə klublar arası çempionluq yarışlarında iştirak edib və yüksək pillələrə qalxıb. Beynəlxalq turnirin 4 qat çempionudu. Bakı çempionu olan Əli Əlirzayev 4 yaşından idmanın bu növü ilə, atasının rəhbərliyi altında məşğuldur. 7 yaşlı Əli Mehman oğlu Əlirzayev bu günə qədər iştirakçısı olub, qazandığı qələbələrin hesabına 65 dəfə ən yüksək pillələrə qalxıb, həmin mərtəbəyə uyğun medallara laiq görülüb.
Yol yoldaşım olan Əlinin bu uğurların eşidib, qəlbən sevindim. Onun haqqında yazmaq istəyimi gözəl insan, alim, şair, ictimai xadim Raqif Nazimoğluna, AYB-nin üzvü, şair Mədaxil Cavadlıya, gözəl qiraət ustası, Azərbaycan Ədəbiyyatının gözəl söz adamlarının şeirlərini əzbər bilən, "AĞSU YAZARLAR" ƏDƏBİ BİRLİYİNİN üzvü İsrail Bəxşeyişə və bu gözəl balanın uğurlarına təkan verən, maddi və mənəvi dəstəkçisi atası, məşqçisi Mehman İlyas oğluna bildirdim.
Və uca Tanrıdan dilədim ki, Əli balamızın uğurların bundan sonrada daha bol etsin, dünyanın tanınmış, öndə gedən KİV, ondan yazmaq, müsahibə almaq növbəsinə dayananana qədər qələbələr pillərin nəsib etsin. Buna, ana Vətənimiz Azərbaycanımızın, həmdə millətimizin ehtiyacı var...

Sənə, bu yolda uğurlar diləyirəm Əli !!!

Bu yazını böyük sevgi ilə qələmə aldı, 7 yaşlı, 65 medallı Əlinin yol yoldaşı
Elxas Comərd.

Son xəbərlər

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031