“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım aksiyası keçirilib.

Turaztv.az xəbər verir Komitədən AZƏRTAC-a bildirilib ki, məcburi köçkünlərlə görüşdə Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə xüsusi diqqət göstərdiyi bir daha xatırladılıb.

Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini vəzifəsini icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun müdiri Əmrulla Əlizadə çıxış edərək, ölkəmizdə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı qeyd edilib. Məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən, bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına töhfə verirlər.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 50 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikamızın digər ərazilərində də təşkil olunacaq.
“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib - FOTOLAR

Son xəbərlər

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031