Saatda 34 min kilometr sürətə malik raketin sınağı keçirilib
Çin hipersəs sürətli raketlər sahəsində Rusiyanı da geridə buraxaraq dünya lideri olub.

Bu ölkə sürəti saatda 34 min kilometrə çatan (28 MAX) DF-41 raketini sınaqdan keçirib. Nəticədə raket Rusiyanın bu yaxınlarda sınaqlarını başa vurduğu və dünyada ən sürətli raket hesab edilən “Avanqard” qanadlı blokunu geridə qoyub.

Rusiyanın “Avanqard” qanadlı döyüş blokunun elan edilən sürəti saatda 28 min kilometr (27 MAX) təşkil edir. Sınaqlaı davam edən “Sarmat” qitələrarası ballistik raketi isə 25 MAX sürətə malik olacaq. ABŞ isə ümumiyyətlə, hazırda hipersəs sürətli raketlərə malik deyil. Bu yaxınlarda Pentaqon belə raketlərin 2022-ci ildə hazır olacağını açıqlayıb, üstəlik onun sürəti Çin və Rusiyanın raketlərinin sürətləri ilə müqayisədə dəfələrlə aşağı olacaq-cəmi 8-9 MAX.

Çinin “Sina” agentliyinin xəbərinə görə, DF-41 raketi start anından etibarən saatda 34 min kilometr sürət yığıb. Hesablamalara görə raket Nyu-Yorka cəmi 18 dəqiqəyə, Londona 14 dəqiqəyə və Moskvaya 10 dəqiqəyə çata bilər. “Bu, dünyada mövcud olan ən sürətli raketdir!”,-agentlik bildirir.

Rəsmən Çin Xalq Respublikası hipersəs sürətli raketin sınaqlarını şərh etmir. Lakin əvvəllər Çin mənbələri raketin sürətinin 25 MAX olacağını bildirirdilər. İndi isə belə görünür ki, raket daha da təkmilləşdirilib.

Lakin Çinin sınaqdan keçirdiyi raketlə Rusiyanın "Avanqard" qanadlı bloku arasında fərq həm də bundan ibarətdir ki, DF-41 qitələrarası ballistik raketdir. "Avanqard" isə yüksək manevr qabiliyyətinə malikdir, yəni ballistik trayektoriya ilə uçmur və nəticədə istənilən raketdən müdafiə sistemini dəf edə bilər.(Virtualaz.org)

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031