İndi Vəfa xanımın bizim xeyir-duamıza daha çox ehiyacı var - FOTOLAR
İndi Vəfa xanımın bizim xeyir-duamıza daha çox ehiyacı var


Elə insanlar var ki, onlar haqda danışdıqca nura boyanır, arınır, saflaşırsan. Həmin an ağlına gələn ilk cümlə bu olur: ”Dünya yəqin ki çoxdan, lap çoxdan dağılardı belə insanlar olmasaydı”. Biz adətən dahi şəxsiyyətlərdən danışarkən - ”Onun dünyaya gəlişi bir hadisə idi”, - deyirik. Bu fikrə etirazım yoxdur, sadəcə, həyatın amansız acılarını az qala bal-şəkər kimi dadıb yoluna davam edən, zorla közərən odunu alışdıran, qurumuş ağaca can verən, soyuq baxışları sevgiylə boğulan göz yaşlarına çevirməyi bacaran insanların gəlişini necə adlandıraq? Belələri şübhəsiz, bir həyat hadisəsi deyil, həm də bəşəri yüksəlişdir. Bu mənada, çoxlarına nümunə ola biləcək bir ailədən, o ailənin nağıl kimi görünən həyat hekayəsindən qısa şəkildə danışmağı özümə borc bildim...
İndi Vəfa xanımın bizim xeyir-duamıza daha çox ehiyacı var - FOTOLAR

Vəfa, üç yaşı olanda ailəsi ilə birlikdə Gəncə şəhərindən Rusiyaya köçür. Bir gün avtomobillərin keçməsinin yasaq olduğu ərazidə gül toplayarkən onun həyatını kökündən dəyişəcək müdhiş bir hadisə baş verir. Zibildaşıyan maşın qəza törədərək balaca qızcığazı iki ayağından məhrum edir. Onun üçün saniyələrin il kimi keçən uzun, məşəqqətli anları başlayır. Aylarla xəstəxana çarpayısından günəşə boylanır, sarsıdıcı ağrı ilə amputasiya olunmuş ayaqlarına baxır, təəssüflənir. Lakin zaman keçdikcə həyata, taleyə qarşı üsyan etmədən buna vərdiş edir. Onu həvəslə yerimək sevdasından məhrum edən bu ağrının yeri qaysaqlanmamış qardaşı hovuzda boğulur, ailəni də, balaca Vəfanı da bir daha sarsıdır. Bu hadisədən sonra ailə doğma el-obasına - Gəncəyə qayıdır...
İndi Vəfa xanımın bizim xeyir-duamıza daha çox ehiyacı var - FOTOLAR

Vəfa böyüdükcə bir həqiqətə inanır ki, insan öz iradəsi ilə çətinlikləri dəf edə bilər. Alimlərin uzun illərin təcrübəsi olan «insan əsl xarakterini, simasını və mənəvi çəkisini həyatın zor, çətin günlərində açır» fikri onu məyusluqdan qurtarır, həyata daha böyük sevgi ilə baxmağa sövq edir...
İllər öz axarı ilə keçir. Vəfa tələbə adını qazanır. Səhhəti ilə bağlı yolu tez-tez Türkiyəyə düşür. Yeni bir sınaq, yeni bir imtahan qarşısında qalır. Ancaq bu dəfə təkcə Tanrının sınağına tuş gəlmir, ilk baxışdan içində təlatüm yaradan Mehmet Akduz da onu məsuliyyət hissi ilə üz-üzə qoyur. Mehmet onunla ailə qurmaq, ömrünün sonuna qədər ona sadiq qalacağına dair vəd verir, vəfa andı içir. Bu sədaqət andının işığı altında onların ailəsində iki gözəl qız övladı böyüyür. Anlar ötdükcə hər ikisi bilir ki, bu çətinliklər bitməyib və bitməyəcək. Ancaq vacib olan əlac sevgi, qarşılıqlı anlaşmadır...
Vəfa Akduz illərdir ictimai-siyasi həyatda çox fəaldır. «Kimsəsiz Uşaq və Qadlnlara Yardlm» İctimai Birliyinin sədridir. Qadın problemlərindən tutmuş qazilərin sağlıq, sosial məsələrinin çözülməsində daim onların yanındadır. Bir-birindən maraqlı, əhəmiyyətli layihələr qurur və bu, Vəfa xanımı həyata daha çox bağlayır.
İndi Vəfa xanımın bizim xeyir-duamıza daha çox ehiyacı var - FOTOLAR

Bəlkə də bu sətrləri oxuduqca deyəcəksiniz: «İçində bu qədər həyat eşqi, qurub-yaratmaq sevgisi olan, insanlara yardım etmək üçün dünyanın o biri başına getməyə hazır olan belə bir xanım nə üçün millətin elçisi olmasın?!» Elə mən də eynən bu cür düşündüm. Məlumat aldım ki, Vəfa xanım qarşıdakı seçkilərdə bu həyatın imtahanı qarşısına çıxacaq, özünü sınayaqcaq. Əslində, onun kimi vətənpərvər, içi həyat eşqi ilə dolu bir qadının millət elçisi olması insanların xeyrinə olar, onların sosial güzəranına müsbət təsir edər.
Əminəm ki, Vəfa Akduz zərif çiynlərini həyatının baş qəhramanı, ər oğlu ər Mehmet Akduzla, bir-birindən gözəl, ağıllı balaları, ona etimad göstərən xalqı ilə bərabər dünyamızın sağlam, firavan olması üçün hələ çox işlər görəcək!
Gəlin, birlikdə Vəfa xanıma seçkilərdə uğur arzulayaq, xeyr-dua verək. Bizim xeyir-duamıza onun indi daha çox ehiyacı var.


Hüseyn İsaoğlu ( Məmmədov )
Yazıçı-publisist

Son xəbərlər

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031