HÜSEYN MƏMMƏDOV: KƏDƏR TABLOSUNDA SEVİNC İŞIĞI (Hekayə) - FOTO
KƏDƏR TABLOSUNDA SEVİNC İŞIĞI
Hekayə

Vəfa Gəncədə dünyaya göz açmışdı. Atasının işi ilə əlaqədar Moskva şəhərinə köçmüşdülər. Orada çox mehriban, xoşbəxt yaşayırdılar. Allah onların ailəsinə daha bir xoşbəxtlik, sevinc bəxş etmişdi - Vəfanın qardaşı dünyaya gəlmişdi. Sevinclərinin həddi-hüdudu yox idi... Bir-birinə sığal çəkə-çəkə ötən günlər onları rahat anların fövqünə qaldırmışdı...
Bir gün bu xoşbəxt ailə şəhərə gəzməyə çıxdı. Gəzə-gəzə "Uşaq aləmi" mağazasına girdilər. Səkinin kənarında açan çobanyastığı çiçəkləri balaca Vəfanın gözündən yayınmadı. Valideyn-lərindən icazə aldı, sevinə-sevinə çiçəklərdən topladı, ayaqlarını səkidən aşağı sallayıb oturdu. O, çiçəkləri xeyli oxşadı. Gözlənilmədən bir yük maşını məsafəni düzgün seçmədiyi üçün Vəfanın ayaqlarını səkinin kənarındakı betona sıxıb sındırdı. Onu tez xəstəxanaya çatdırdılar. Həkimlər qızcığazın üzərində əməliyyat apardılar, sonra valideynlərinə təəssüflə bildirdilər ki, qanitirmədən dünyasını dəyişib. Hüzn kədər qarışığı ilə ailənin xoşbəxt çağlarını alt-üst etdi. Elə bu ah-vay içində Vəfanı xəstəxananın Patoloyi Anato-miya şöbəsinə (Morqa) yerləşdirdilər. Üç gündən sonra həkimlər uzaq yerlərə aparılan meyitləri yarmaq istəyəndə hiss etdilər ki, uşaq nəfəs alır. Tez ona tibbi yardım göstərdilər. Sonra qızcığazı palataya yerləşdirib, ona qan köçürdülər. Bir neçə saatdan sonra gördülər ki, qızda sağalmağa doğru irəliləyiş var.

Valideynləri Vəfanın sağ olduğunu eşidəndə sevinc göz yaşlarını boğa bilmədilər... Beləcə, Allahın lütfü, həkimlərin köməyi sayəsində Vəfa həyata qaytarıldı. Bir neçə günlük müalicədən sonra onun hər iki ayağını amputasiya etdilər. Bu, onun ailəsini yenidən hüznə-kədərə qərq etdi... Vəfanın həyata yenidən gəlişi həkimi və tibb bacısı Mariyanı çox sevindirdi. Vəfa uşaq olmasına baxmayaraq, böyüklərə xas tərzdə həkiminə və Mariya xanıma təşəkkür etdi. O da Mariyanı çox, lap çox istəyirdi. Mariya hər gün palataya gəlir, Vəfanın saçını darayır, ona nəvaziş göstərirdi. Vəfa da Mariyanın gəlişini ayaq səslərindən bilirdi.
Bir dəfə Mariya palataya girəndə Vəfa utana-utana dedi: - Mən də sizin uzundaban ayaqqabıdan geyinmək istəyirəm. Mariya bir anlıq yerində donub qaldı, sakit, təmkinli bir səslə dedi: - Gözəlim, əlbəttə, geyinəcəksən. Vəfa gözlərini məyus halda ayaqlarına dikib dedi: - Mariya xanım, necə geyinə bilərəm?! Axı mənim ayaqlarım yoxdur... Mariya xanım çöhrəsinə təbəssüm qondurub dedi: - İndi sənə bir sirr açacam, ancaq bunu ikimizdən başqa kimsə bilməməlidir.
- Baş üstə Mariya xanım, heç kimə söyləmərəm. Mariya palatanın qapısını örtüb Vəfaya dedi:
- Qızım, axşam yatan vaxt gözlərini yumub xəyalən o ayaqqabıları geyinərsən. Vəfa xeyli təəccübləndi, lakin həmin axşam Mariya xanımın dediyi kimi etdi. Səhər-səhər Mariya xanım palataya daxil olanda gözlərinə inanmadı. Vəfa onun qara uzundaban ayaqqabılarını əllərinə geyinib irəliyə doğru hərəkət edirdi. O, qızcığazı bu vəziyyətdə görəndə gözləri yaşardı. Onu qucaqlayıb dedi:
- Qızım, sən həmişə özünə güvən. Əgər belə etsən hər şey sənin üçün yaxşı olacaq. Sənə məsləhətim budur, çalış heç kimdən kömək istəmə. Yıxılsan belə, özünü qorxutma, çalış, özünə qarşı inamın olsun. Mariyanın bu sözləri Vəfanın beynində sızıltı verdikcə, onun özünə inamı artırdı...
Həyat vəfasızdır, ona etibar yoxdur. Bir müddətdən sonra Vəfagilin ailəsində ikinci dəfə ağır faciə baş verdi. Bu dəfə Vəfanın qardaşı hovuzda boğuldu. Valideynləri bu bədbəxt hadisədən çox üzüldülər, yad eldə yaşamağın onlara məhrumiyyət gətirdiyini anlayıb Gəncəyə qayıtdılar. Elə sarsılmışdılar ki, əlləri hər şeydən soyumuşdu. Vəfa Gəncədə artıq məktəbə gedirdi. Qonşuluqda yaşayan insanlar ailəni qınayırdılar ki, uşağı bu vəziyyətdə nə üçün məktəbə göndərirsiz... Onlar da susur, cavab verə bilmirdilər, ümumiyyətlə cavab vermək istəmirdilər. Axı, nə deyəcəkdilər ki?
İllər bir-birini əvəz etdi, Vəfa orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gəldi. İnstituta qəbul oldu. Ali təhsilini başa vurdu. Bir gün türk dərnəyində işləyən bir türk Vəfanin halına acıyıb ona məsləhət gördü ki, gedib Türkiyədə müalicə alsın. Vəfa həmin şəxsə dedi ki, protezlər ayaqlarımı yara edib. Yenidən əməliyyat olunmalıyam? Türkiyəli vətəndaş onun ikinci dəfə əməliyyatına razı olmadı, onu müalicə olunmaq üçün İstan-bul şəhərinə yönəltdi. Vəfa İstanbula getdi. Müalicəsini orada davam etdirdi. Əlavə müalicə səbəbindən uzun müddət orada yaşamalı oldu. Bir gün İstanbulda parkların birində dincələn vaxt bir türk oğlan ona yaxınlaşıb eşq elan etdi. Vəfa ona bildirdi ki, ayaqlarım yoxdur. Oğlan onun dediyi bu sözləri zarafat kimi anladı. Vəfa bunun fərqində olduğu üçün başına gələnləri oğlana danışdı. Oğlan evlərinə gəlib Vəfanın dediklərini valideynlərinə danışdı. Oğlanın atası dedi:
- Oğlum, seçim özünündür. Mən heç nə deyə bilmərəm. Oğlan da atasının bu sözündən sonra Vəfaya dedi ki, ailəmiz ailə qurmağımıza razılıq verirlər. Beləcə, ya taledən, ya qismətdən, onlar ailə qurdular. Ancaq oğlanın qohumları onu qınadılar ki, bu boyda İstanbulda qız yox idi, ayaqları olmayan biri ilə ailə qurursan? Ona kim baxacaq? Oğlan qohumlarına təmkinlə cavab verdi ki, seçdiyim qızın bütün əzab-əziyyətini mən özüm çəkəcəm. Aradan xeyli vaxt ötdü. Oğlanın qohumları Vəfanın necə də gözəl insan olduğunu görüb ondan üzr istədilər. Oğlan da dediyi kimi, Vəfanın əzab-əziyyətini özü çəkdi. Vəfa da Gəncədə yaşayan valideynlərini öz himayəsinə götürdü. Aylar sürətlə keçdi, Vəfanın qızı dünyaya gəldi. Bu gəliş ailənin bir-birinə olan məhəbbətini daha da çoxaltdı. Bir neçə ildən sonra ailədə ikinci qız doğuldu. Bu sevinc hissi Vəfanın ailəsini ən xoşbəxt çağlarına qovuşdurdu. Vəfanın valideynləri beş il İstanbul şəhərində qalandan sonra bir neçə günlük Gəncəyə qayıtdılar. Burada onun atası bərk xəstələndi. Anası da təlaş içində Vəfaya telefonla dedi ki, atan ağır xəstədir. Vəfagil təcili Gəncəyə gəldilər. Sanki həyat ard-arda sevinc və faciələr məkanıdır, üç gün sonra Vəfanın atası haqq dünyasına qovuşdu. Onun qəfil ölümü ailədə hamını sarsıtdı. Vəfa da ailəsi ilə bir müddət Gəncədə qalıb yas mərasimini başa çatdırandan sonra İstanbula qayıtdılar.
Vəfa burada özü üçün iş qurdu. Əminliklə dedi ki, çətinliklər arxada qaldı. Mən Moskvadakı həkimin və tibb bacısı Mariya xanımın sözlərini qulaqlarımda sırğa etmişəm. Məni həyata bağladıqları üçün onlara təşəkkürümü bildirirəm. Artıq mən də hündürdaban ayaqqabılar geyinib şəhərdə sərbəst hərəkət edə bilirəm. Evdə masanın üstündə bir şəkil vardı, Vəfa o şəkli göstərib dedi:
-Bu şəklə baxanda uşaqlıq ilərimi, xoşbəxt günlərimi xatırlayıram. - Sonra elə hıçqırdı, elə ağladı ki, sanardın kədərli günlərinə hayqırır. İllər sürətlə ötüb keçirdi. Vəfa da onlara qonaq gələnlərə, yolda qarşılaşdıqları insanlara həyat yoldaşını göstərib deyirdi ki, bu günkü günümə görə ona minnətdaram. Xoşbəxtəm ki, qarşıma onun kimi bir insan, bir həyat yoldaşı çıxıb. İndi hər gün qızlarımın saçını darayanda onlara deyirəm, kim olursunuz olun, yaxşı insan olun...

Hüseyn İsaoğlu
(MƏMMƏDOV)
Yazıçı-publisit.

HÜSEYN MƏMMƏDOV: KƏDƏR TABLOSUNDA SEVİNC İŞIĞI (Hekayə) - FOTO

Son xəbərlər

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Dağlarım, Şuşam, Vətənim - FOTOLAR

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib - FOTO

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər

Arif Musa: Mən kimi - FOTO

Məşhur iş adamı Bakıda qəzaya düşdü - FOTO

ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub

Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

Türkiyədə zəlzələ olub

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

UEFA “Barselona” klubunu cərimələyib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

“İrəvandan aydın reaksiya gözləyirik”

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930