Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır? - RƏSMİ
Ötən gün sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində tərkibində donuz dərisi olan kolbasaların satışı ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Ajiotaja səbəb olan məlumatlar insanları narahat etməyə başlayıb. Məsələnin bir başqa tərəfi isə həmin məhsulların "Araz” Supermarketlər Şəbəkəsində satılmasının xüsusi qeyd edilməsidir.

Yayılan məlumatlarda "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun da rəyi var. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, istehlakçılar üçün məlumat standartları müəyyən edilməzsə, əhali tərkibinə nəinki donuz dərisinin, eləcə də, toyuq dərisi və digər heyvanların dərisinində qatıldığı məhsulları yeyəcək. Hələ bu yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğu yazılıb.

Qeyd edək ki, yayılan məlumatlarda adıçəkilən "Araz” Supermarketlər Şəbəkəsi donuz dərisi qatılmış kolbasaların satışı ilə bağlı iddialara rəsmi cavab verib. "Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən kolbasalar yalnız onların marketlərində satılmır:

"Son günlər yayılan məlumatlarda "Araz” Supermarketlər Şəbəkəsinin adının halandırılması bizi narahat edir. Belə ki, sözügedən və bizim də marketlərimizdə satılan Belarusun Vitebsk vilayətində istehsal olunan "Ganna” şirkətinə məxsus "Mortadella” kolbasası toyuq ətindən hazırlanıb.
Eyni zamanda, tərkibində donuz piyi mövcuddur. "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu olduğunu bildirib. Bir daha qeyd etmək istərdim ki, "Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu deyil, donuz piyi var.
Onu da qeyd edək ki, tərkibində donuz piyi olan bir çox kolbasa çeşidləri var ki, onlar marketdə ayrıca sərgilənir. Hər bir məhsulun isə öz istehlakçısı var. Bu, artıq müştərinin seçiminə bağlıdır.

Bundan əlavə, bildirmək istərdik ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal məhsullarının hər partiyasından nümunə götürür, müvafiq yoxlanışlardan keçir, yalnız bundan sonra satışına icazə verilir. "Araz” Supermarketlər Şəbəkəsi daima müştərilərini keyfiyyətli qida məhsulları ilə təmin etməyə çalışır”.

Son xəbərlər

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

“Onu tanımıram, “Ahbap”a heç vaxt ianə etməmişəm”

Nolanı belə təbrik etdilər - Fotolar

“Doğru zamanda, doğru qərar verdim”

Sənin hər nəfəsin el məhəbbəti - FOTO

Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31