Səudiyyə Ərəbistanının naziri: İranla ciddi fikir ayrılıqları həllini tapmayıb
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan deyib ki, İranla diplomatik əlaqələrin bərpası üzrə razılaşma ixtilafları kommunikasiya və dialoq yolu ilə həll etmək sahəsində qarşılıqlı istəyi təsdiqləyir, lakin bu, iki ölkə arasındakı bütün fikir ayrılıqlarının həll edilməsi anlamına gəlmir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının “Al Şarq Al Avsat” qəzetinə müsahibəsində Tehranla yeddi ilə yaxın davam edən gərginliyin azaldığını, yaxın vaxtlarda qarşılıqlı səfərlərin təşkil ediləcəyini deyib. O, eyni zamanda, İranla ciddi fikir ayrılıqları olduğunu da diqqətə çatdırıb: “Biz Krallıqda ümid edirik ki, İranla münasibətlərdə yeni səhifə açılaq. Tehranın nüvə imkanlarını davamlı şəkildə inkişaf etdirməsinə gəlincə, bu, şübhəsiz ki, bizdə böyük narahatlıq doğurur. Biz Körfəz regionu və Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olması çağırışımızı təkrar edir, İranı nüvə öhdəliklərinə sadiq qalmağa və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı gücləndirməyə çağırırıq. Bunu təmin etmək üçün müttəfiqlərimiz və dostlarımızla işləməyə davam edəcəyik”.

Səudiyyə Ərəbistanının naziri Çinin vasitəçiliyik rolundan danışaraq deyib: “Çinin hər iki tərəflə yaxşı əlaqələri var ki, bu, Krallığın qanuni narahatlığı fonunda danışıqlara töhfə verib. Ümid edirik ki, Pekinin vasitəçiliyi regionumuzda birgə yaşayışın və ortaq təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”.

Son xəbərlər

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031