Pirşağı qəsəbəsində çirkab sularının təmizlənməsi qurğusu layihəsi üzrə audit aparılıb
Hesablama Palatasının 2022-ci il üzrə iş planına uyğun olaraq, Koreya İxrac-İdxal Bankından kredit cəlb edilməklə “Azərsu” ASC-nin həyata keçirdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditi aparılıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədləri layihə ərazisində yaşayış standartlarının yaxşılaşdırılması və 40000 kubmetr/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub. Qurğunun 40000 kubmetr/gün həcmində gücü ilkin olaraq təyin edilib, gələcəkdə bu gücün 60000 kubmetr/gün səviyyəsinə çatdırılması planlaşdırılaraq, əlavə 20000 kubmetr/gün güc üçün ərazidə müvafiq yer nəzərdə tutulub. Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, layihə sahəsində suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması, suyun istifadəsinin səmərəliliyinin artırılması, çirkab sularının təmizlənməsi qurğusunun tikintisindən sonra atılan suyun keyfiyyətinin yaxşılaşdırılması, təmizlənmiş sudan suvarma, landşaftın salınması və digər məqsədlər üçün istifadə edilməsi, məşğulluq imkanlarının artması, qurğunun tikintisi, istismarı və təkmilləşdirilməsi ilə əlaqədar olaraq işsizliyin səviyyəsinin aşağı düşməsi, su ilə yayılan xəstəliklərin qarşısının alınması ilə vətəndaşların sağlamlığının yaxşılaşdırılması və s. layihənin əsas təsirləri kimi qeyd edilib. Layihənin ümumi dəyəri 72,02 milyon ABŞ dolları, bundan kreditin məbləği 43,5 milyon ABŞ dolları (60,4 faiz), Hökumət (Azərbaycan tərəfinin) payının məbləği 28,52 milyon ABŞ dolları (39,6 faiz) müəyyənləşdirilib. Hesablama Palatası tərəfindən aparılmış auditlə çirkab suların təmizlənməsi probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə dəyişməli olan mühitin qiymətləndirilməsi aparılıb.

Qurğunun xidmət edəcəyi ərazidə çirkab sularının təmizlənməsi üzrə hazırkı şərait, eləcə də mövcud su təmizləyici qurğuların cari vəziyyəti qurğuya ehtiyacı şərtləndirib. Müvafiq Baş Plan üzrə işlərin görülməsi məqsədilə lazımi koordinasiyanın qurulmaması şəraitində qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirmənin aparılmaması səbəbindən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyənləşdirilib. Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmamaqla yanaşı, təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olması, qurğunun zəmanət sınaqları keçirilmədən istismara qəbul edilməsi, eləcə də hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüzlüyü qənaətinə gəlməyə əsas verib. Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsait itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50 faizdən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib. Layihənin istismar müddətinin, eləcə də qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsi ilə yanaşı, qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb.

Qurğunun tam gücü ilə təyinatı üzrə işləməməsi layihənin iqtisadi, ekoloji və sosial məqsədlərinə, DİM üzrə milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluq həmin göstəricilərin dəqiqləşdirilməsinin vacibliyini göstərib. Ümumiyyətlə, qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi layihənin ekoloji, sosial və iqtisadi məqsədlərinə nail olunmamaqla yanaşı, tikintisinə sərf olunmuş vəsaitlərin səmərəliliyinə də təsir etməklə, həmin vəsaitlərin faydalılığı və nəticəliliyini azalda bilər.

Son xəbərlər

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Dağlarım, Şuşam, Vətənim - FOTOLAR

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib - FOTO

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər

Arif Musa: Mən kimi - FOTO

Məşhur iş adamı Bakıda qəzaya düşdü - FOTO

ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub

Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

Türkiyədə zəlzələ olub

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

UEFA “Barselona” klubunu cərimələyib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

“İrəvandan aydın reaksiya gözləyirik”

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930