“Gürcüstanda normal siyasi proseslər gedir, bunun adı nə inqilabdı, nə çevriliş, nə də xaos"
Politoloq Natiq Cəfərli qonşu ölkədə baş verən hadisələri belə şərh edib.

Hakim "Gürcü arzusu" partiyası əvvəl söz vermişdi ki, ölkə tam proporsional seçki sisteminə keçəcək, özü də partiyalar üçün keçid barajı olmadan seçkilər təşkil ediləcək. Bununla bağlı qanun layihəsi Parlamentə gələnə qədər hakim partiya fikrindən vaz keçdi - apardığı rəy sorğuları və xarici oyunçuların təsiri məsələsi bu qərarda əsas rol oynadı. Başqa səbəblər də var, o haqda aşağıda yazacam. Yeni seçki sisteminə keçidlə bağlı qanun qəbul edilmədi deyə müxalifət, hətta hakim partiyaya yaxın təşkilatlar da insanları etiraza səslədi və bir neçə gündür ki, Tiflisdə dinc aksiyalar davam edir, çox güman ortaq məxrəc tapılacaq, çünki Gürcüstan artıq demokratik ölkədir, seçkilərdə səs oğurluğu yoxdur.

Hakim partiya nədən fikrini dəyişdi: 1) Gürcü Arzusu vahid partiya deyil, daha çox koalisiyadır, barajsız proporsional sistem olsa bəzi partiyalar təkbaşına seçkiyə gedib özü mandat qazanmağa çalışacaq ki, sonda hakim partiya ilə daha yüksək statusda koalisiya qurub nazir portfelləri qazansınlar, 2) Barajsız seçki xarici, əsasən də Rusiyanın müdaxilə imkanlarını artırır - rusiyapərəst bir neçə partiya bir neçə mandat qazanmaqla Parlamentdə güclü oyunçulara, hətta bloklayıcı azlığa çevrilə bilət, 3) Barajsız seçki "etnik, hətta sub-etnik partitaların" yaranmasına səbəb ola bilər, bu isə Gürcüstan üçün daxili təhkükələri artırır, siyasəti ideologiya deyil də, təhlükəli etnik zəminə otuzdura bilər və bundan ən çox da erməni əsilli Gürcüstan vətəndaşları yararlanacaq - onların daha mütəşəkkil və siyasi olmaları həmin "etnik partiyanı" həlledici mövqeyə gətirə bilər.

Müxalifət nə istəyir: Müxalifət yekcins deyil, istəklər müxtəlifdir - amma əsaa hədəf seçkidə hakim partiyanın hökumət qura biləcək qədər səs almamasıdır - bu zaman hər bir partiyanın (bir neçə partiyanın) koalisiya qurmaq şansı yaranacaq - özü də, ya hakim partiya ilə, ya da öz aralarında belə koalisiya yarana bilər. Amma indiki məqamda müxalifət daha dar, hakim partiya isə daha geniş düşünməyə çalışır. Məncə sonda anlaşacaqlar - 3%-lik baraj müəyyən etməklə proporsional seçkini bərpa edəcəklər.

Məni narahat edən məsələlərdən biri budur ki, bizim müxalif kəsimin bəzi nümayəndələri dünyada insanlar bir yerə yığışıb nəyəsə etiraz edən kimi, həmən həvəsə gəlirlər, məsələlərin məğzini anlamadan həmən havaya girirlər, oyuncuqları əlindən alınmış uşaqlar kimi davranıb, "niyə o əjdahadan bizdə yoxdur", deyirlər. Yoxdur, ona görə ki, siyasətimiz doğru deyil (özümüzü də qatım ki, inciməsinlər) dilimiz-üslubumuz qüsurludur, məsələləri dərindən öyrənib analiz edə bilmirik, gah Ekvador, gah Boliviya, gah İran, gah Gürcüstan (bundan əvvəl də ərəb baharı, Ukrayna və s.) hadisələrini rol-model kimi təqdim edirik. Və bu ağılla da xaldan nəsə gözləyirik - olmur belə, olmayacaq da...

P.S. Şəxsi işlərimlə bağlı 2 günlük Tiflisə gəlmişəm, məsələləri yerində bir daha dəqiqləşdirdək sonra bu yazını yazdım. İndicə Parlamentin qarşısında idim, sakitçilikdi, həyat öz axırında gedir, amma axşam yenə aksiya olacaq və aksiya siyasi tələblərlə olacaq”.

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031