Azərbaycanın ürəyi Türkiyə ilə birgə döyünür - FOTO
Türkiyə əsrin fəlakətini yaşayır. Zəlzələ baş verən bölgələrdə hər ötən saat dağıntılar altında qalanların əleyhinə işləyir, hadisə qurbanlarının sayı durmadan artır. Qardaş ölkənin bu ağır günündə Azərbaycanda da dövlətlə xalq tək amalda birləşib. Həmvətənlərimiz hadisənin ilk günündən bəri Türkiyəyə maddi və mənəvi dəstək olmaq üçün əllərindən gələni edirlər.


Zəlzələnin baş verdiyi gün, yəni fevralın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişinə əsasən, Heydər Əliyev Fondu qardaş ölkəyə ilk humanitar yardım göndərdi. Elə həmin gün Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdülər. Onlar 2 həftəyə yaxındır ki, təbiətin sınağa çəkdiyi ərazilərdə canla-başla xidmət edirlər. Dövlət Sərhəd Xidmətinin humanitar yardım karvanı da qardaş ölkəyə göndərildi. Sərhəd Xidmətindən verilən məlumata görə, 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan humanitar yardıma xüsusi hərbi qış çadırı, adyal, yataq kisəsi, corab, əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası, içməli su daxildir. Eyni zamanda zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə xüsusi hərbi qış çadırı, quru ərzaq payı, ilkin tibbi yardım vasitələri və konservləşdirilmiş yeməklər göndərilmişdir.

Həmçinin 90 müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir. Paytaxtın bir neçə yerində fəaliyyət göstərən yardım toplama məntəqələrinə vətəndaşların kütləvi axını oldu. Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aksiyasına Bakı ilə yanaşı, bölgələrdən də qoşuldular. Tovuz Rayon İcra Hakimiyyətinin xətti ilə zəlzələ zamanı xəsarət alanların müayinə və müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq və ləvazimatlar hadisə zonasına göndərildi. Qazax rayonu da aksiyaya qoşularaq qardaş ölkənin dar günündə yardımını əsirgəmədi. Dəstək kampaniyası çərçivəsində Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 1 TIR yük Gəncə şəhərindəki toplama məntəqəsinə gətirildi. Göndərilən ləvazimatlar 30 çadır, 10 generator, çox sayda qızdırıcı, açılıb -yığılan çarpayılar, döşək, yorğan və digər zəruri geyim əşyalarından ibarət idi. Sumqayıt şəhərindən də Türkiyədə zəlzələdən zərərçəkmişlərə humanitar yardımlar yola salındı. Şəhərin müxtəlif yerlərinə toplanan 230 min manat dəyərində 16 tona yaxın yardım birbaşa qardaş ölkəyə göndərildi. 18 ədəd konteyner ev və 500 min manat dəyərində növbəti humanitar yardımın isə gələn həftə ərzində Türkiyəyə göndəriləcəyi nəzərdə tutulur.

Yardım göndərənlər arasında uşaqlar və yaşlılar da var. Azyaşlılar valideynlərinin onlara məktəbdə yemək almaq üçün verdiyi pulun türkiyəli dostlarına göndərilməsi üçün müraciət edirlər. Eyni zamanda, öz oyuncaqlarını, çox sevdikləri geyimlərini də ehtiyacı olanlarla bölüşməkdən çəkinmirlər. Hətta göndərdikləri əşyalarının cibinə şokoladlar da qoyurlar ki, yardımı alan şəxslərin üzündə kiçik bir təbəssüm yarada bilsinlər. Yaşlılar arasında da pensiyalarını göndərmək üçün müraciət edənlərin sayı kifayət qədərdir. Məsələn, Lənkəranda yaşayan 87 yaşlı Mirzə adlı şəxs pensiyasının bir qismini Türkiyədə zəlzələdən əziyyət çəkənlərə ianə edib. Bu isə onu göstərir ki, Türkiyəyə edilən yardımlar həm də mənəvi dəstək xarakterlidir.

Şübhəsiz ki, bu ağır sınaqdan da türk xalqı alnıaçıq çıxacaq. Azərbaycan isə daim doğma qardaşının yanında olacaq. Çətin günlər iki qardaş arasındakı münasibətlərin daha da dərinləşməsi ilə nəticələnəcək. Prezident İlham Əliyevin Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə fevralın 8-də baş tutan görüşündə dediyi kimi: Türkiyə və Azərbaycan artıq bir yumruq, bir ürək, bir candır.
Azərbaycanın ürəyi Türkiyə ilə birgə döyünür - FOTO

Son xəbərlər

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031