Pensiyaların indeksləşdirilərək artırılmasına dair brifinq keçirilib
Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən birinin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi olduğunu bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son beş ildə artıq 4 islahat paketi icra olunub ki, bu islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artımlara nail olunub.

Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum aylıq əmək pensiyasının məbləği də 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub və hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 40,7 faiz üstələyir.

H.Məmişov, eyni zamanda, yeni Sərəncamla pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək bu il yanvarın 1-dən artırıldığını qeyd edib.

Diqqətə çatdırılıb ki, bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılıb.

Qeyd edilib ki, 2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur. Hazırkı yeni indeksasiya artımı da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.

Ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib və maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə 14,7 faiz indeksləşdirilərək artırılır.

Vurğulanıb ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. İndeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faiz) üstələyir.

Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.

H.Məmişov, həmçinin deyib: “Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni 13,9 faiz indeksləşdirilərək artırılır.

Hər iki istiqamətdə artımlar, yəni həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir”.
Pensiyaların indeksləşdirilərək artırılmasına dair brifinq keçirilib
Pensiyaların indeksləşdirilərək artırılmasına dair brifinq keçirilib

Son xəbərlər

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031