Turaztv.az » Xəbərlər » Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar
Xəbərlər

Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar

02.02.2023, 23:52 450
Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar.

Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər