Millət vəkili, tarix elmləri doktoru, professor, Musa Qasımlı: İranda səfirliklərə hücum, diplomatların oğurlanması və öldürülməsi ənənəsi davam edir - FOTO
İranda səfirliklərə hücum, diplomatların oğurlanması və öldürülməsi ənənəsi davam edir.

Ölkəmizin Tehrandakı səfirliyinə, torpağımıza terrorçunun hücumu və nəticəsi təsadüfi deyildir.
Terror qurbanı olan baş leytenant Orxan Əsgərova Allahan rəhmət diləyirəm.
Bu iyrənc hadisənin təqsirkarı İran hakimiyyəti, xüsusi xidmət orqanlarıdır. Çünki Vyana konvensiyasına görə müvafiq dövlət hakimiyyəti ərazisində yerləşən səfirlik, konsulluq və nümayəndəliklərin mühafizəsini təşkil etməli, təhlükəsizliyini qorumalıdır. Soruşulur: İran hakimiyyəti mühafizəni nə üçün təşkil edə bilməyib? Hesab edirəm ki, bu hadisə İran xüsusi xidmət orqanlarının əməlidir. Ya onlar planlayıb həyata keçiriblər, ya da münasibətlərimizi pozmaq istəyən dairələrin əməllərinə göz yumublar. Bütün hallarda bu cinayətin təqsirkarı İran dövlətdir.

İranda rejimlər dəyişsə də, diplomatların oğurlanması, öldürülməsi və səfirliklərə hücum ənənəsi davam edir. İki misal gətirmək istəyirəm: Birincisi, XX əsrin 30-cu illərində SSRİ xarici kəşfiyyatının İrandan verdiyi tamamilə məxfi məlumatda yazılırdı ki, İran kəşfiyyatı İngiltərə səfirliyinin əməkdaşını izləyərək oğurlayıb. Bu, Pəhləvilər zamanında olmuşdu. İkincisi, 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan rejim Tehran şəhərinin şimal hissəsində yerləşən ABŞ səfirliyinə hücumu,binanın dağıdılmasını təşkil edib, 53 diplomatı 444 gün girov saxlayıb. Onlarla digər faktı da yazmaq olar. Amma bir şey aydındır: İran terroru himayə edən dövlətdir. Namərdlik alnına yazılıb.
İran terror hadisəsini dərindən araşdırmalı, cinayətkarı cəzalandırmalı, Azərbaycandan üzr istəməli və təzminat ödəməlidir.
Bu terror aktı beynəlxalq hüququn pozulması olduğundan beynəlxalq təşkilatlarda gündəliyə gətirilməli və ittiham olunmalıdır.
İran adlanan ölkədə rejimlər dəyişsə də, siyasət şəraitə uyğun olaraq yeni üsullarla davam edir. İran parçalanmayınca, zülm altında inləyən xalqlar azadlığa çıxmayınca dünya belə hadisələrin hələ çox şahidi olacaqdır.
Millət vəkili, tarix elmləri doktoru, professor, Musa Qasımlı: İranda səfirliklərə hücum, diplomatların oğurlanması və öldürülməsi ənənəsi davam edir - FOTO

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031