Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.

Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Ceyhun Bayramov və Hikmət Hacıyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdulfəttah Əs-Sisinin iştirak etdiyi bir sıra tədbirlərdə olublar. Sabah isə hər iki rəsmi şəxs ezamiyyətdə olacağı üçün bu gün Orxan Əsgərovun ailəsinə baş çəkiblər. Ceyhun Bayramov və Hikmət Həsənov şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən zərərsizləşdirilib və yalnız bundan sonra yerli hüquq-mühafizə orqanları cinayətkarı saxlayıblar. Terror aktının yarım saata yaxın davam etməsinə, diplomatik nümayəndəlikdə avtomat silahdan dəfələrlə atəş açılmasına baxmayaq, İran hüquq-mühafizə xidmətinin əməkdaşları tərəfindən heç bir müdaxilə edilməyib, əksinə, onların fəaliyyətsizliyi terrorçunun öz məkrli niyyətini yerinə yetirməsinə münbit zəmin yaradıb. Bunun ən bariz nümunəsi isə səfirliyin binasının qarşısında təhlükəsizliyi təmin etməli olan polisin silahlı şəxsə qarşı heç bir tədbir görməməsi, daha sonra isə ümumiyyətlə ərazidən yoxa çıxmasıdır. Bütün bu olanlar terror aktının arxasında məhz İran hökumətinin dayanmasına dəlalət edir.

Son xəbərlər

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31