Xəbərlər
14.01.2023, 01:11
Həyatdan əlimi üzsəm, nə fərqi?
Eşq didərgin düşüb sevgi ölərsə,
Göz yaşım leysantək süzsəm, nə fərqi?
Inamım çətini duyub bilərsə,
Həyatdan əlimi üzsəm, nə fərqi?
Allaha bağlayıb öz ürəyimi,
Susaram, deşsə də söz ürəyimi.
Dağlayıb, yandırsa köz ürəyimi,
Dərdləri yan-yana düzsəm, nə fərqi?
Səhər küləyitək əsəsi olsam,
Sevinci kədərdən üzəsi olsam,
Həyatdan inciyib küsəsi olsam,
Uşaqtək dodağım büzsəm, nə fərqi?
Göz yaşım dəryanı qana döndərsə,
Həyat axınımı yana döndərsə.
Eşqim çox cansızı cana döndərsə,
Özüm qəmli-qəmli gəzsəm, nə fərqi?
Əfşanam, uymaram dünya malına,
Vurğunsa el aləm xoş amalıma.
Gülüş yaraşarkən gül camalıma,
Qəlbimi qəminlə əzsəm, nə fərqi?
Göz yaşım leysantək süzsəm, nə fərqi?
Inamım çətini duyub bilərsə,
Həyatdan əlimi üzsəm, nə fərqi?
Allaha bağlayıb öz ürəyimi,
Susaram, deşsə də söz ürəyimi.
Dağlayıb, yandırsa köz ürəyimi,
Dərdləri yan-yana düzsəm, nə fərqi?
Səhər küləyitək əsəsi olsam,
Sevinci kədərdən üzəsi olsam,
Həyatdan inciyib küsəsi olsam,
Uşaqtək dodağım büzsəm, nə fərqi?
Göz yaşım dəryanı qana döndərsə,
Həyat axınımı yana döndərsə.
Eşqim çox cansızı cana döndərsə,
Özüm qəmli-qəmli gəzsəm, nə fərqi?
Əfşanam, uymaram dünya malına,
Vurğunsa el aləm xoş amalıma.
Gülüş yaraşarkən gül camalıma,
Qəlbimi qəminlə əzsəm, nə fərqi?
Əfşan Yusifqızı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










