Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA
Bakıda fırıldaqçı maşın alverçiləri peyda olub.

Bu barədə zərəçəkmiş Yusub Məmmədov adlı şəxs Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. O bildirir ki, dekabrın 3-də 77-EM-468 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili 12.000 manat ödəniş etməklə elektron etibarnamə ilə alıb. Lakin 2 gündən sonra məlum olub ki, etibarnamə saxtadır: “Maşını mənə satan Bayramov Şahid və Ağayev Anar dedi ki, mülkiyyətçi yataq xəstəsi olduğu üçün notariusa gələ bilmir. Ona görə elektron etibarnamə verəcəyik. Bununla razılaşdım və 12.000 manatı verərək maşını aldım. 2 gündən sonra etibarnamənin mərkəzi informasiya sistemində görünmədiyi üçün notariusa yaxınlaşdım və araşdırmadan sonra məlum oldu ki, maşını satan şəxslər etibarnaməni saxtalaşdırıb. Bundan sonra maşının mülkiyyətçisi olan Həsənəliyev İman İsgəndər oğlunu tapdım və onun yataq xəstəsi olmadığını, məni aldatdıqlarının şahidi oldum. Həmin şəxs bildirir ki, maşını onlara günlük icarəyə verib. Məni aldadan Bayramov Şahid və Ağayev Anar adlı şəxslərdən pulumun geri qaytarılmasını tələb etdim. Onlar bildirdi ki, maşının pulundan 3400 manat bizə çatıb. Yerdə qalan məbləği maşının satılmasını istəyən İmamverdiyev Cavad İmamverdi oğluna veriblər. Bu məsələdə maşının mülkiyyətçisi olan İman Həsənəliyevin də həmin şəxslərlə əlbir olmasından şühələnirəm”- deyə zərərçəkmiş Yusub Məmmədov bildirb.
O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və 20-ci Poli Bölməsinə ərizə ilə müraciət etdiyini bildirib: “Müraciətimi araşdıran polis əməkdaşı həmin şəxsləri polis bölməsinə dəvət edir, lakin onlar bundan boyun qaçıraraq gəlmirlər”.
Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin rəhbərliyindən dələduzların tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini və ondan alınmış pulun geri qaytarılmasını xahiş edir.

DİN-in mətbuat xidmətinin inspektoru, polis baş leytenanti Nurlan Əliyev Avtosfer.az-a bildirib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaş Nəsimi rayon 20-ci polis bölməsinə müraciət edib. "Müvafiq araşdırmalar aparılır. Onu da qeyd edək ki, Anar Ağayev artıq digər bir faktla bağlı məsuliyyətə cəlb edilib."
Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA
Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA
Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA
Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA
Azərbaycanda 4 fırıldaqçı birləşib saxta etibarnamə ilə maşın satdılar - DİN-dən AÇIQLAMA

Son xəbərlər

Media: İran və ABŞ-nin texniki qrupları iyulun 12-də danışıqları bərpa edəcəklər

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

“Yeraltı”dan kimsə ayrılacaq?

Azərbaycan güləşçisi tarix yazıb

Madonna son 50 ildə bunu edən ilk müğənni oldu

40 il beşulduzlu hotellərdə pulsuz yaşayan şəxs saxlanıldı

Burcu ilə Cihangir tərəf müqabili oldu

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

AŞIQ ALIDAN QALAN SƏRVƏT

XƏLİL MİRZƏ : Dərib, qoxulayıb, ayaqlayan var... - FOTO

Hicran Fuad Əhmədli : Şeirimə Qaçır - FOTO

Hələ bir az sev - FOTO

BÖYÜK AZADLIQ, BÖYÜK AĞRI İLƏ DOĞULUR - FOTOLAR

Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi

"Rüya gibi"nin aktrisaları eyni serialda - FOTO

Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb

"Türkiyədə bütün pullarımı itirdim" - İradə İbrahimova

“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib

Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Bu festivalda ya əylənə, ya da ölə bilərsən... - Fotolar

İkinci dəfə valideyn olacaqlar?

Kəlbəcərdə mina partlayışı olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031