Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO
Azərbaycan jurnalistikasına növbəti ağır itki üz verib. Tanınmış qələm sahibi, "Xalq qəzeti"nin keçmiş şöbə müdiri Əlipənah Gülbala oğlu Bayramov ömrünün 76-cı ilinin tamamında dünyasını dəyişib.

Bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu bildirib.
Əlipənah Bayramov 1946-ci il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalacda bitirib. Yeniyetməlik illərindən mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlayıb, 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ail təhsil illərində özünü istedadlı və bacarıqlı qələm sahibi kimi təsdiq edən gənc jurnalist 2 il populyar "İdman"qəzetində çalışıb, 5 il Neft və Sənaye Universitetinin "Neft kadrları uğrunda" qəzetinin redaktotu olub.
1979-cu ildə ölkənin avanqard "Kommunist" qəzetinə işə dəvət edilən Əlipənah müəllim burada müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində çalışıb, uzun illər redaksiya heyətinin üzvü olub. Qəzet müstəqillik illərində nəşrini "Xaqlq qəzeti" adı altında davam etdirəndən sonrakı 30 il müddətində də təcrübəli jurnalist sevimli iş yerindən ayrılmadı. Çalışdığı bütün sahələrdə təşəbbüskarlığı, intizamı və yüksək peşəkarlığı ilə seçilmiş, jurnalistlərin yeni nəsillərinə örnək olmuşdu.
Əlipənah Bayramov müxtəlif mövzulu və janrlı çoxsaylı jurnalist yazılarının, dəyərli publisistika nümunəlrinin müəllifi idi. "Xalq qəzeti"ndə çap olunmuş və "Həyatım və mühitim" toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi həmkarımıza layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdü.
Ə.Bayramov 2005-ci ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adı almışdı.
O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.(redaktor.az)

Allah rəhmət eləsin!
Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO
Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO

Son xəbərlər

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Media: İraqdakı ABŞ konsulluğuna yaxınlaşan dörd PUA vurulub

Zelenski Polşaya söz verdi - Arxivlər açılacaq

ABŞ İrana ardıcıl zərbələr endirib

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

KVN-nin əfsanəvi rejissoru dünyasını dəyişdi

Hərbçimiz həlak oldu - Fotolar

“Kevin”in dostu vəfat etdi

“Bozo”nun düşmənini canlandıracaq

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031