Xəbərlər
14.12.2022, 22:22
“Sumqayıt” klubu “Səbail”ə iki cavabsız qolla qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Sumqayıt” klubu “Səbail”i qəbul edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kapital Bank Arena”da oynanılan matçda “Sumqayıt” iki cavabsız qolla qalib gəlib – 2:0. Meydan sahiblərinin heyətində Stiven Pereyra və Vüsal İsgəndərli fərqləniblər.
Qeyd edək ki, günün ilk oyunu – “Kəpəz” - “Sabah” qarşılaşmasında qalib müəyyənləşməyib - 2:2. Turun ötən gün oynanılan matçlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. XVII tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay