Xəbərlər
14.12.2022, 19:31
Milli Məclis sədrinin müavini növbəti dəfə seçicilərlə görüşüb
Dekabrın 14-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələrinin üzvləri və qazilər başda olmaqla növbəti dəfə seçicilərlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, təhsil və digər müraciətlərin bir qismi yerində həll edilib. Habelə görüş zamanı qaldırılan digər məsələlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib.
Adil Əliyev qeyd edib ki, dövlətimizin başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması, vətəndaşlarımızı narahat edən məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə seçicilərlə görüşü keçirilir. Vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşılır, müraciətlər geniş şəkildə təhlil edilir və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
Görüşdə iştirak edən seçicilər səmimi qəbul üçün minnətdarlıqlarını bildiriblər, onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay