Futbol üzrə dünya çempionatı: Braziliya millisi Serbiya seçməsini iki cavabsız qolla məğlub edib
Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb.

Görüşdə Braziliya millisi Serbiya seçməsini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Braziliya komandasından Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

Futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Son xəbərlər

Bu gün imtahan var

Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb

Yumurta min bir dərdin dərmanıdır

“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satılıb

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

Avropada inflyasiya sürətlənib

VAQİF VÜQAR : GÜVƏN SEVDİYİM - FOTO

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930