Hər Gün Qaynadıb Yeyin! - Sağaltmadığı Xəstəlik Yoxdur
Hazırda bazarlarda piştaxtaları bəzəyən bu meyvənin bir çox xəstəliyi sağaltdığını bilirsiz? O, saçları möhkəmlədir, mədə-bağırsaq xəstəliklərini sağaldır, bronx yollarını təmizləyir, öskürəyiniz varsa kəsir. Bəli, düz bildiniz. Faydalarını saymaqla bitməyən heyvadan danışacağıq bu gün.


Heyva vitamin və minerallarla zəngindir. O, arıqlamağa kömək edir, aybaşı ağrılarını azaldır. Qabıqlı halda yeyildiyində tərkibindəki liflər 100% olaraq orqanizmə daxil olur. Kompot, mürəbbə, şirə, çay halında qəbul edildikdə isə bu göstərici 70%-ə enir. Yəni, təkcə özü deyil, bu meyvənin kompotu və mürəbbəsi də çox faydalıdır.

Heyvanın əsas faydaları bunlardır:

Bədən temperaturunu yüksəldir. Bu zaman qan axını sürətlənir və orqanizmi üşüməyə qoymur.
C vitamini qaynağıdır. Digər qış meyvələrinə nisbətən heyvada daha çox C vitamini var. Qış mövsümündə bol-bol yeyilməsi mövsümi xəstəliklərə yaxalanma riskini aşağı salır.
Toxluq hissi yaradır. Heyva toxluq hissi yaradır. Çox yemək istəməyənlər yemək aralarında heyva yesələr, bəs edir. Artıq çəki almaq ehtimalı sfıra bərabər olur.
Aritmiyanın və ürək döyüntüsünün qarşısını alır. Son illərdə aparılan araşdırmalar heyvanın “ürək dostu” olduğunu sübut edib.
Ağızdakı yaraları sağaldır. Heyvanın ağız boşluğundakı yaraların sağalmasında və ağızdakı qoxuların yox olmasında faydası böyükdür.
Mədəyə müsbət təsir edir. Mədə yanması, qastrit və mədə xorası zamanı yeyilən heyva müalicəvi təsirə malik olur.
İmmuniteti möhkəmlədir. Bütün qış meyvələri kimi, heyva da immun sistemini gücləndirir.
Sağalmanı sürətləndirir. Qrip, soyuqdəymə, öskürək kimi mövsümi xəstəliklər zamanı müntəzəm yeyilən heyva bu xəstəliklərin davamlılıq müddətini qısaldır.
Zehni açır. Diqqət dağınıqlığı olan insanlar heyva yeyərək bu problemdən yaxa qurtara bilərlər.
Aybaşı ağrısını azaldır. Ən təbii ağrıkəsicilərdən hesab olunan heyva həm dadı, həm qoxusu ilə də sakitləşdiricidir.
Arıqlamağa kömək edir. Qlikemik indeksi aşağı olan heyva qan şəkərini sürətlə qaldırmır. Dolayısı ilə, diabetiniz varsa, yaxud pəhriz saxlayırsınızsa, rahatca heyva yeyə bilərsiniz. Gün ərzində hansısa öynəni heyva ilə əvəzləmək də olar. Tərkibindəki liflər orqanizmin aclıq hiss etməsinə imkan vermir. Əgər çiy halda yeyə bilmirsinizsə, azca suda pörtlədərək, yaxud buxarda bişirərək qəbul edə bilərsiniz. Sadəcə olaraq, heyvanın ölçülərini nəzərə alın. Porsiyalarda şablon kimi orta ölçülü meyvələr götürülür.
Saçların uzanmasına kömək edir. Dəmir, mis, sink kimi minerallar baxımından zəngin olan heyva qan dövranını sürətləndirir. Bu da qanın saç diblərinə bol miqdarda oksigen çatdırmasına səbəb olur. Bununla da saçlar uzanır və möhkəmlənir.
Ümumiyyətlə, heyvanın müsbət təsirləri çoxdur.
-antioksidant xüsusiyyəti sayəsində orqanizmə faydalıdır;
Heyva vitamin və minerallarla zəngindir. O, arıqlamağa kömək edir, aybaşı ağrılarını azaldır. Qabıqlı halda yeyildiyində tərkibindəki liflər 100% olaraq orqanizmə daxil olur. Kompot, mürəbbə, şirə, çay halında qəbul edildikdə isə bu göstərici 70%-ə enir. Yəni, təkcə özü deyil, bu meyvənin kompotu və mürəbbəsi də çox faydalıdır.

-pörtləmiş və ya bişmiş heyva ürək bulanmasının və qusmağın qarşısını alır;
-A, C, E, B1 və B2 vitamini ilə zəngin olan heyvada bol miqdarda pektin də var;
-allergik reaksiyaların qarşısını alır;
-göz xəstəliklərinin müalicəsində orqanizmə dəstək olur;
-heyva toxumları eqzema, yanıq, dəri çatlaqları və dəri iltihabı kimi, dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Dərinin sağlamlığı ilə bərabər görünüşünə də müsbət təsir edir. Üzdəki ləkələri yox edir, qırışıqlıqları azaldır. Tərkibindəki antioksidantlar sayəsində insana sağlam və təravətli görünüş bəxş edir;
-dərini radiasiyaya qarşı qoruyur;
-kardiovaskulyar sistemə faydalıdır: ürək xəstəliklərinə tutulma və infarkt riskini aşağı salır;
-iflic ehtimalını azaldır;
-qaraciyəri qüvvətləndirmək də heyvanın faydaları sırasındadır. Heyvanı sürtgəcdən keçirin, azacıq qaynadın və qaşıqla asta-asta yeyin;
-astma, bronxit kimi nəfəs yolları xəstəliklərindən yaxa qurtarmağa kömək edir. Qış boyu soyuqdəymə, qrip, öskürək şikayət etdiyimiz xəstəliklər sırasına sürətlə daxil olur. Quru öskürəyin sona çatması üçün uzun qış axşamlarında heyva yemək tövsiyə edilir;
-babasil zamanı faydalıdır;
-heyva siropu ağrıları azaldır, qanaxmanı dayandırır;
-kalorisi azdır: arıqlamaq üçün pəhriz saxlayanlar heyvanı istənilən formada yeyə bilərlər;
Zərərləri:
Heyvanı həddən artıq yemək bəzi problemlər yarada bilər. Çəki artırmaq istəyənlər heyva yeyərkən müəyyən ölçüyə nəzarət etməlidirlər. Çünki toxluq hissi yaradır və iştahı küsdürür. Orqanizmdən asılı olaraq, bol miqdarda heyva yemək ishala da səbəb ola bilir.
Hər Gün Qaynadıb Yeyin! - Sağaltmadığı Xəstəlik Yoxdur
Hər Gün Qaynadıb Yeyin! - Sağaltmadığı Xəstəlik Yoxdur
Hər Gün Qaynadıb Yeyin! - Sağaltmadığı Xəstəlik Yoxdur

Son xəbərlər

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031