Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Azərbaycan Milli Xalça Muzeyinin yaranma tarixindən, həmçinin yeni eksponatlar barədə məlumat verib. Bildirib ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir: “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.

Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanmasından danışan muzeyin direktoru, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxarmalarını bildirib. “Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı. Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, - deyə Ş.Məlikova vurğulayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey iştirakçılarını tədbir münasibətilə təbrik edərək, 17 noyabr tarixinin Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün, həmçinin görkəmli alim, xalçaçı rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun doğum günü olduğunu vurğulayaraq deyib: "Məlumdur ki, xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi-mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyamın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir".

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını, tədbir təşkilatçılarını və xalça sənətinə aid olan və bu sənəti sevən hər kəsi təbrik edərək, belə bir tədbirlərin önəmindən danışıb: "Bu gün gözəl bir gündür, biz Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini qeyd edirik. Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Çünki bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz var. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir. Azərbaycan Xalça Muzeyi 55 il bundan əvvəl yaradılıb. Etiraf etməliyik ki, bizim xalçaçılıq sənətinin dünyaya daha geniş şəkildə tanıdılması müstəqil dövlətçiliyimizin yenidən bərpası ilə bağlıdır".

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və "Pasha Holding”in şöbə müdiri Nazim Səfərov də bugünkü tədbir münasibətilə bütün iştirakçıları və xalçaçıları təbrik edərək xoş arzularını diləyib.

Sonra muzeyin kolleksiyasına yeni daxil olan eksponatların - XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub. Eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və muzeyin digər əməkdaşlarına Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Sonda lotereya keçirilərək qaliblərə muzey tərəfindən xalça mükafatı və digər müxtəlif hədiyyələr verilib.
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib
Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930