Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı soyuq silah nümunələrinin təqdimatı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək yeni eksponatlar barədə məlumat verib. Bildirib ki, bu unikal sənət əsərləri sırasında Qacarlar dövründə geniş yayılmış XVIII əsrin sonuna aid iki qalxan, XIX əsrə aid xəncər, həmçinin Emin Məmmədovun müəllifi olduğu qılınc və xəncərlər var.

Qeyd edilib ki, böyük ustalıq qabiliyyəti və yüksək zövqlə polad və tuncdan hazırlanmış qalxanlar sənət nümunələri kimi çox dəyərlidir. İncə, zəngin nəbati naxışlarla bəzədilmiş bu qalxanlar hərb, döyüş məqsədilə deyil, xüsusi mərasimlər üçün hazırlanır, həmçinin dövrün ən yüksək vəzifəli şəxslərinə hədiyyə edilirdi. Azərbaycan mədəniyyətinin müxtəlif zamanlarda yaradılmış bu cür bədii və orijinal nümunələri hazırda dünyanın məşhur muzeylərində qorunub saxlanılır.

Muzeyə hədiyyə olunan XIX əsrin sonlarında Zaqatalada silah ustası Murad Quşanovun sadə materiallardan hazırladığı xəncərin naxışsız olması isə onun məişətdə istifadə məqsədilə düzəldildiyini göstərir. Emin Məmmədovun müəllif işi olan “şəmşir” qılıncı və Qaşqay xəncər dəsti 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlanıb. Onların tiyələri üzərində Azərbaycan sözü və müəllifin adı həkk edilib. Sənətkarın Azərbaycan Milli Xalça Muzeyinə bağışladığı ümumilikdə 11 ədəd müasir soyuq silah nümunələri kolleksiyanı zənginləşdirir.

Sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinə, tarixinə aid olan maddi-mədəniyyət nümunələrinin başqa ölkə muzeylərindən alınaraq ölkəmizə gətirilməsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə diqqət göstərib: “Mədəniyyət irsimizin qorunması və gələcək nəsillərə çatdırılması ölkəmizin qarşısında prioritet vəzifə kimi dayanır. Bu kontekstdə mədəniyyətimizə, kimliyimizə aid olan xəncərlərin, ümumiyyətlə, silahların hazırlanması tarixən bizə xas olan irsdir, mədəniyyətdir. Bu irsin unudulmaması, onun yaşadılması və inkişaf etdirilməsi təqdirəlayiq hadisədir”.

Bu gün Azərbaycanın mədəni siyasətinin əsas istiqamətlərindən birinin xaricdə saxlanılan milli sərvətlərimizin ölkəyə qaytarılması olduğunu deyən nazir bu yöndə görülən işlərdən də bəhs edib: "Ötən il biz 3 milli xalçanı auksiondan alıb ölkəmizə gətirdik və onlardan ikisini məhz Milli Xalça Muzeyinə, birini isə Milli İncəsənət Muzeyinə təqdim etdik”.

Sonra AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov eksponatların tarixi və əhəmiyyəti haqqında danışıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, Kanada vətəndaşı olan və bu ölkədə fəaliyyət göstərən Emin Məmmədov müasir dövrdə Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadır, bu sahədə tədqiqat və təbliğat aparır. O, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət ülh naminə) müsabiqəsində birinci yer tutub.
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub
Milli Xalça Muzeyinə hədiyyə edilmiş yeni eksponatların təqdimatı olub

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930