"Çoxsaylı kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb" - Əhməd İsmayılov


“Vətən müharibəsi dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb”.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İKT hər gün həyatımıza daha geniş daxil olur, müxtəlif sferalarda qarşılıqlı əlaqəni asanlaşdırır:

“Bununla yanaşı “virtual reallıq” eyni zamanda real həyatda mövcud olan mənfi elementlər: dələduzluq, cinayətkarlıq, zorakılıq halları virtual dünyaya da proyeksiyalanır və spamlar, viruslar, fərdi məlumatların ələ keçirilməsi, şantaj, kibercinayətkarlıq, kiberterrorizm kimi bütün dünyanın birgə mübarizə aparmaqla minimallaşdırılması mümkün olan təhdidlər yaranır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrin və medianın potensialından peşəkarcasına istifadə etməsi düşmənin ölkəmiz ətrafında informasiya vakumu yaratmasına imkan vermədi. Bu jurnalistlər, ümumiyyətlə isə hər bir Azərbaycan vətəndaşı üçün dəyərli nümunədir”.

Ə.İsmayılov qeyd edib ki, kiberfəzada sərhədlər və məhdudiyyətlər yoxdur, kibertəhdidlər istənilən yerdə baş verə və qısa müddət ərzində böyük ziyan vura bilərlər:

"Buna görə də İKT-nin istifadəsi zamanı inamın və təhlükəsizliyin yüksəldilməsi dünya ictimaiyyəti üçün ən aktual məsələlərdən birinə çevrilir.
Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi problemlərinə baxıldıqda bir-biri ilə qarşılıqlı əlaqəli hərbi-siyasi, kriminal və terror xarakterli üç növ təhdidin olmasından çıxış etmək lazımdır. İKT-ni təkcə hər hansı qanun pozucusu, cinayətkar qruplar, terrorçu və ekstremist təşkilatlar deyil, hətta dövlətlər də siyasi, iqtisadi və hərbi məqsədlərlə istifadə edə bilərlər. Bu yolla örtülü təcavüz həyata keçirərək milli, regional və qlobal səviyyədə təhlükəsizlik təhdidləri yaradırlar. 44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi.
İşğalçı üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq”.

MEDİA-nın İcraçı direktoru vurğulayıb ki, informasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışlar ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirib:

“Bu gün xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanları mövcuddur. Eləcə də öz məlumat qaynaqlarını, əhalini düşmənin psixoloji təsirindən etibarlı qorumaq informasiya müharibəsində önəmli vəzifə sayılır. Hərbi əməliyyatlar zamanı ən vacib məqamlardan biri öz məlumat mənbələrini düşmən təsirindən qorumaq idi və Azərbaycan tərəfi bu işin öhdəsindən gəlməyi bacardı. Müharibə dövründə dövlətimizin informasiya resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib, bu hücumların qarşısı müvəffəqiyyətlə alınıb. Ümumiyyətlə, Ermənistan tərəfi, onları himayə edən xarici media mənsubları və sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi günlərində yüzlərlə belə saxta xəbərlər yaysa da, bunların çoxu məharətlə təkzib edilirdi. Bütün bunlar bir daha göstərir ki, informasiya müasir münaqişələr və müharibələr dövründə yetərincə böyük rol oynayır və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031