Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş olub
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş direktorunun birinci müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə də Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması layihəsi barədə məlumatlandırıb. Əhməd İsmayılov bu reyestrin işə salınmasından sonra media nümayəndələrinin yararlana biləcəyi imtiyazlardan danışıb. Qeyd edilib ki, onlayn mediada işləyən jurnalistlər bununla da rəsmi status alıb.

Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarları media sahəsində kadr potensialının inkişafı ilə bağlı müxtəlif layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti (BDU) ilə birgə təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap mediası və xəbər saytlarına dəstək proqramları və digər təşəbbüslər barədə məlumatlandırıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş direktorunun birinci müavini Sobir Şukurov iki ölkə media strukturları arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

“Biz təkcə müstəqil informasiya agentlikləri ilə deyil, həm də dövlət strukturları ilə təcrübə mübadiləsi aparmaq istərdik. Bizim əməkdaşlığımız həm də siyasi və normativ aktlar səviyyəsində genişlənməlidir”, - deyə Sobir Şukurov deyib.
Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş olub
Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş olub

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031