Xəbərlər
15.09.2022, 21:06
Cüdoçumuz Turan Bayramov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda polşalı Ksaveri İqnasyaka məğlub olaraq Avropa çempionatını ikinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay