“Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı tədbir təşkil edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının tərəfdaşlığı və sosial media ekspert, bloger, aktivist və ictimai fəalların iştirakı ilə “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə işğaldan azad edilmiş ərazilərimizdə dünyanın məşhur onlayn xəritə platforması olan "Google maps" xəritələrində işlərin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayıb.

İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov isə layihə çərçivəsində Şuşa şəhərində olan yer, məhəllə, tarixi, mədəni və dini abidələrin adlarının erməni dilindən dəyişdirilməsi, onların tarixi əhəmiyyəti barədə onlayn xəritə platformalarında artıq prosesin qurulduğunu, uğurlu ilkin nəticələr və bununla bağlı sonrakı mərhələlərdə aparılacaq işləri diqqətə çatdırıb.

Daha sonra çıxış edən “Google Maps” üzrə ekspert Elvin Hüseynzadə “Google” xəritələr üzərindən görülən işlərlə bağlı məlumat verib və işğaldan azad edilmiş ərazilərimizdə 118 adın erməni dilindən Azərbaycan, ingilis, rus və türk dillərinə dəyişdirilməsini təsdiq edən və həqiqiliyin QR-kod vasitəsilə yoxlanılması üçün təqdimat nümayiş edib.

Layihə çərçivəsində iş görəcək xüsusi qrupun sentyabrın 8-9-da Şuşa şəhərinə ezam olunması nəzərdə tutulub.
“Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı tədbir təşkil edilib
“Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı tədbir təşkil edilib

Son xəbərlər

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31