Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
"Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində təşkil olunan növbəti fotosərgilər Şəki və Şamaxı rayonlarında baş tutub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi (UYD) tərəfindən Şəki və Şamaxı rayon İcra Hakimiyyətlərinin və Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Şəki şəhər Uşaq İncəsənət Mərkəzinin inzibati binasında baş tutan sərgidə 100-dən çox gənc, eləcə də, təhsil və mədəniyyət işçiləri iştirak ediblər. Növbəti sərgi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin inzibati binasında baş tutub. Tədbiri açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rafael Tağızadə Şuşa musiqiçilərinin tanıdılmasında layihənin icrasının önəmindən söz açıb. UYD-nin sərdi Fərhad Abdulov layihənin məqsədinin Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunmasında və təbliğatında gənclərin rolunun artırılması olduğunu qeyd edib, layihə çərçivəsində rənglənən fotolardan bəhs edib.

Daha sonra sərgi iştirakçıları Şuşa musiqiçilərinin rənglənmiş fotoları ilə tanış olublar. Tədbir Şuşaya həsr olunmuş canlı ifalarla davam edib.

Sonda sərgi iştirakçılarına onları informasiya müharibəsində, o cümlədən sosial platformalarda Şuşa musiqiçiləri haqqında məlumatlılığın artırılmasında fəal olmağa təşviq edən bukletlər paylanıb.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində rənglənmiş fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin şəkilləri yer alıb.
Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Şəki və Şamaxıda Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31