“Çörəyin bahalaşması kasıbların vəziyyətini daha da gərginləşdirəcək” - Vahid Əhmədov
Bu gün Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. Bildirilib ki, bu gündən etibarən un və çörək istehsalçıları məhsulların maksimum qiymətlərini belə müəyyənləşdirib:

- 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi – 40 manat 70 qəpik;

- 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik;

- 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik;

- 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik.


Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd etdi ki, bu gün özəl şirkətlər tərəfindən gətirildiyi üçün və dünya bazarında məhsulun qiyməti artdığına görə onlar da ölkədə həm unun, həm də çörəyin qiymətin qaldırırlar:

“Azərbaycanda bahalaşmanın səbəbi taxılla əlaqədar dünya bazarındakı ciddi problemlərin olmasıdır. Amma burada alternativ bir məsələ də var ki, biz aztəminatlı ailələri, pensiya alanları da fikirləşməliyik. Biz görürük ki, 500, 600 qramlıq olan çörəklərin hamısı elə 500 qram olur. Və unun qiymətinin 70 qəpik olması ciddi artımdır. İnsanların istehlakına çox böyük təsir göstərəcək”.

Deputat söhbətimiz zamanı çörəyin qiymətinin digər ərzaq məhsullarının bahalaşmasına səbəb olacağını da vurğuladı.

“Ümumiyyətlə, unun bahalaşması makaron, vermişel kimi digər məhsullara təsir edəcək. Mən çox istərdim ki, hökumət imkanı varsa, sosial vəziyyəti aşağı olan təbəqəyə kömək etsin. Bu sahəyə baxılmalıdır. Çünki çörək strateji məhsuldur və bütün əhalini əhatə edir. Hamımıza məlumdur ki, əhalinin sosial vəziyyəti gərgindir. Un və çörəyin bahalaşması kasıbların vəziyyətini daha da gərginləşdirəcək.”

Həmidə Rasimqızı

Son xəbərlər

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930