Zirəddin Azərbaycan haqda qorxunc proqnoz verdi
Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıda qorxunc proqnozlar verib. Milli.Az-ın qonağı olan Zirəddin ona ünvanlanan "Son bir ili digər illərlə müqayisə etsək, görərik ki, ölkəmizdə zəlzələlərin sayında artım müşahidə edilir. Qarşıda Azərbaycanı hansısa təbii fəlakət gözləyirmi” sualına qəti cavabı ilə diqqət çəkib: "2021-2022-ci illər Azərbaycan üçün təhlükəlidir. Təbii fəlakətlər, xüsusən də zəlzələlər və su daşqınları olacaq. Mən əminəm buna! Əmin olmadığım şeyi mən heç vaxt demirəm. 2021-2022-ci illərdəki zəlzələlərdə fəlakət olacaq”.

Zirəddin Rzayevin proqnozlarına münasibət bildirən astroloq Səbuhi Rəhimli isə onu öncəgörən hesab etmədiyini bildirdi: "Ekstrasens əlinin həssaslığı ilə insan orqanizmində olan fəsadları bilib, əgər doğru bilərsə, onu müalicə edəndir. Ekstrasens təbiət hadisələri ilə bağlı proqnoz verən deyil, o orqanizm haqqında proqnoz verə bilər ki, böyrəkdə nəsə xəstəlik var. Əgər əli həssasdırsa, onu bilə bilər. Mən Zirəddində bunun olmasına da az inanıram. Zirəddin telekinesdir, telepatdır, nəyin harada itdiyini, əşyanın harada olduğunu tapa bilər. Pərdənin arxasına top qoysan onu bilər ki, orada top və ya qarpız var.

Səbuhi Rəhimli: "Zirəddinin rəsmi dediklərinin heç biri reallaşmayıb”

Mən yeganə adamam ki, hər il proqnoz verirəm və ilin sonunda onun təhlilini aparıram. Ancaq Zirəddin və onun kimilər hər ilin əvvəlində dəhşətli proqnozlar verirlər, ilin sonunda jurnalistlər onların yaxasından yapışmır ki, 20 proqnozdan 19-u səhv çıxıb. Hər bir proqnozun elmi izahı var - o cümlədən astrologiyanın da. Zirəddin Rzayev demişdi ki, 2017-ci ildə SSRİ bərpa olunacaq, Azərbaycan da onun tərkibində olacaq. Mən o zaman açıqlama vermişdim ki, Zirəddin Rusiya xüsusi xidmət orqanının əməkdaşıdır. O mənə öz vəsiqəsini göstərib. Onların mövqeyinə uyğun olmayan heç nə demir”.

S.Rəhimli ekstrasensin yanlış çıxan proqnozlarının doğrulardan daha çox olduğunu qeyd etdi: "2015-ci ilin parlament seçkiləri ilə bağlı da Zirəddin Rzayev demişdi ki, ya İsa Qəmbər, ya da Əli Kərimli - ikisindən biri mütləq Mili Məclisdə olacaq. Mən isə demişdim ki, heç bir yenilik gözlənilmir. Bütün bunlar ”Yeni Müsavat"da dərc olunmuşdu. Ən dəhşətli biabırçı açıqlaması isə o oldu ki, 2017-ci ilin sonunda dedi ki, 2018-ci ildə kraliça öləcək və 3 gün matəm olacaq. Fevral ayında bir daha açıqlama verərək dedi ki, buna 100 faiz əminəm bu şəxs öləcək. Ancaq hamısı səhv çıxdı. Ona görə də zəlzələni heç kim bilə bilməz. Yaponiyada bir cihaz ixtira olunub ki, 6 saat öncə təkanları hiss edir. Kütləvi itkini də hansısa öncəgörən hiss edə bilər, ancaq onu da ayırd edə bilməz ki, bu terrordur, yoxsa təbii fəlakətdir".

Astroloq vurğuladı ki, Zirəddin öncəgörən deyil, onun rəsmi dediklərinin heç biri reallaşmayıb: " Mənim hər il 25 proqnozumdan 1-2-si səhv çıxır, o zaman da çıxıb üzr istəyirəm ki, nəyisə düz hesablamamışam. Qorxulu açıqlamalar verib, insanları xofda saxlamaqla siyasi və ictimai fəallığı arxa plana qoymaq istəyirlər. Dünya yaranandan belə məqamlardan istifadə ediblər. Çünki ölüm, təhlükə, fəlakət haqqında düşünən insanın siyasi müqavimət göstərmək imkanı aşağı düşür”.

Telman Zeynalov: "Heç bir ekstrasens təbiətdə baş verəcək prosesləri proqnozlaşdıra bilməz”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, heç bir ekstrasens təbiətdə baş verəcək prosesləri proqnozlaşdıra bilməz: "Bunu ekstrasens deyir? Ekstrasens bədnəzəri, cadunu təmizləyə bilər. Təbiətdə baş verən prosesləri heç zaman proqnozlaşdıra bilməz, bu, onun işi deyil. İqlim məsələlərindən baş çıxara bilməz. Kim pul qazanmaq istəyirsə, ağlına gələni mediaya yayır, camaatı vahiməyə salır. Jurnalistlər bu işə son qoymalıdırlar və imkan verməməlidirlər ki, onlar mənasız fikirlərlə insanları qorxuya salsınlar. Bu oliqarxların, varlıların xeyrinədir. Belə çıxır ki, Zirəddin onların sifarişini yerinə yetirir. Xatırlayın 2012-ci ilin 21 dekabrını, dünyanın sonu gələcəkdi, hər yer zülmət olacaqdı. Bunu da həmin insanlar ortaya atmışdılar. Mağazalarda nə qədər keyfiyyətsiz, vaxtı keçmiş məhsul var idisə, insanlara satdılar. Bu oyunlara son qoymaq lazımdır. Bu da jurnalistlərin əlindədir. Heç zaman bu oyunlara getməyin. İllər sonra nə baş verəcəyini ekstrasens əsaslandıra bilməz. Azərbaycanda su basqını ola bilər. Çünki 8370 çay var. Onların 50-60 faizi qurudur, ancaq yazda və payızda su gəlir, qalanları isə real çaydır. Bu onu göstərir ki, bizdə torpağın altında 5-6 metr dərinlikdə nə qədər su var. Yağıntıların miqdarının artması ehtimalına gəlincə, Azərbaycanda ildə 250 mm-dən artıq yağış yağmır. Daşqın olması üçün gərək 2-3 m həcmində yağış birdəfəlik yağsın. Bu da ömründə olacaq iş deyil. Ya dünya iqlimində çevriliş olmalıdır, Azərbaycan Rusiyanın şərq hissəsində yerləşməlidir ki, kimsə silahdan istifadə edərək buranı suyun altında qoysun. Bu çirkin oyundur, ona inanmayın və çap edib insanları qorxutmayın. Onlar kiminsə əlində alətə çevriliblər. Allah-Təala Yer kürəsinə 10 milyard il verib, dünya 5 milyard il yaşayıb, hələ 5 milyard il də yaşamalıdır”. /// musavat.com

Son xəbərlər

Bir Mayis Əlizadə var idi... - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930