
Xəbərlər
26.04.2019, 16:23
Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı PROQNOZ

"Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb".
Turaztv.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən inflyasiya 4 faizə yaxın təşkil edəcək.
E.Rüstəmov qeyd edib ki, real sektorda həyata keçirilmiş monitorinqlər göstərib ki, tikinti sektorunda və qeyri-neft emal sənayesində inflyasiya gözləntiləri azalıb.
O əlavə edib ki, beynəlxalq maliyyə təşkilatlarının da, o cümlədən Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən ölkədə inflyasiya aşağı səviyyədə gözlənilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










