
Xəbərlər
17.07.2022, 02:04
Son məzara öz elimdə köçüm var - Əli Vahid Çaylı
Son məzara
öz elimdə
köçüm var
Duman gəlib dağ
başına çatmamış,
Qoy o dağlar
sinəsindən
keçim mən.
Görən gözüm doyar
bu mənzərədən,
Novruz güldən
bənövşəni
seçim mən.
El dərdi çəkənin
dərdi çox olar,
Düşmənin əlində
nizə, ox olar.
Paxılın, alçağın sayı
çox olar,
Gözünü bağla,
bu yerdən
keçim mən.
Alaq basıb yurd
yerimiz görünmür,
Yer üzündən
namərdlər də
silinmir.
Kişilərin əsil yeri
bilinmir,
De kiminlə gedim,
otun biçim mən.
Əli Vahid bilki, -
haqqın yolu var,
Namərd ölkəsində
çovğun, dolu var.
Bu dünyanın
əvvəl-axır
sonu var,
Son məzara
öz elimdən
köçüm var.
Şair ocağı
Yeni-Yasamal
17.07.22.
öz elimdə
köçüm var
Duman gəlib dağ
başına çatmamış,
Qoy o dağlar
sinəsindən
keçim mən.
Görən gözüm doyar
bu mənzərədən,
Novruz güldən
bənövşəni
seçim mən.
El dərdi çəkənin
dərdi çox olar,
Düşmənin əlində
nizə, ox olar.
Paxılın, alçağın sayı
çox olar,
Gözünü bağla,
bu yerdən
keçim mən.
Alaq basıb yurd
yerimiz görünmür,
Yer üzündən
namərdlər də
silinmir.
Kişilərin əsil yeri
bilinmir,
De kiminlə gedim,
otun biçim mən.
Əli Vahid bilki, -
haqqın yolu var,
Namərd ölkəsində
çovğun, dolu var.
Bu dünyanın
əvvəl-axır
sonu var,
Son məzara
öz elimdən
köçüm var.
Şair ocağı
Yeni-Yasamal
17.07.22.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















