Bakıda əlilliyi olan şəxslər üçün adaptiv geyim kolleksiyasının təqdimatı olub
İyulun 13-də “Kekalove Adaptive” startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin dəstəyi, həmçinin “JW Marriott Absheron” otelinin ev sahibliyi ilə ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirmək, eyni zamanda, əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.

“Kekalove Adaptive”nin təsisçisi və icraçı direktoru Məhəmməd Kekalov açılış mərasimində çıxış edərək bildirib ki, üçüncü dəfə keçirilən bu şou İnklüziya festivalının bir hissəsidir: “Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud olanların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, eləcə də Azərbaycanı inklüziv ölkəyə çevirmək sahəsində belə uğurlu nəticələri görmək bizi sevindirir”, - deyən startapın təşkilatçısı bu işi davamlı olaraq aparacaqlarını diqqətə çatdırıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiya direktor vəzifəsini icra edən Anjelina Allen-Mpyisi çıxışında deyib: “USAID Azərbaycanda da əlilliyi olan insanların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaq üçün Kekalova ilə əməkdaşlıq etməkdən qürur duyur. Əlilliyi olan şəxslər üçün inklüzivliyin təşviq edilməsi USAİD-in qlobal prioritetidir. Qlobal müstəvidə əlil insanların cəmiyyətə inteqrasiyasını təşviq etmək və bugünkü moda nümayişini dəstəkləmək vacib işlərdən biridir. USAİD bu işdə qlobal miqyasda öhdəlik götürdüyü kimi, Azərbaycanda da əlillər cəmiyyətinə kömək etmək öhdəliyinə sadiqdir”.

Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin rəsmisi Zahir Əhmədov əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən geyim nümayişini dəstəklədiyini bildirib və əlilliyi olan şəxslərin geyim nümayişi ilə əlaqədar təşkil olunan tədbirə yüksək qiymət verərək iştirakçılara uğurlar arzulayıb.

Sonra modellərdən Fatimə Əkbər və Zərifə Babayeva ilə Azərbaycan İnklüziv Rəqs Şirkətinin inklüziv rəqs performansı nümayiş olunub. Əlilliyi olan modellərin iştirakı ilə bu dəfə 40 geyim dəsti nümayiş edilib.

Qeyd edək ki, moda şou “Kekalove Adaptive” startapının bu qəbildən sayca üçüncü tədbiridir.

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930