Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub6 oktyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan vətəndaşa mənzillər təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər.

V.Behbudov bildirib ki, ölkəmizdə həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə genişlənir: “Onların sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Gözdən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya müavinətlə, onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Həmçinin onlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində respublikanın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına yiyələnməsinə şərait yaradıb. Nazirliyin sifarişləri əsasında görmə imkanları məhdud şəxslərin reabilitasiya məqsədli sosial xidmətlərlə əhatə olunması üçün layihələr icra olunur.

Ölkədə şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı işləri davam etdirilir. Həmin işlərin davamı olaraq, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.

Bu gün təqdim edilən mənzillər də daxil olmaqla 2021-ci ildə 70-dək gözdən əlilliyi olan şəxs mənzillə təmin olunub.

Mənzillə təmin olunan şəxslər sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarına və dövlət qayğısını həmişə hiss etdikləri, bu gün isə mənzillə təmin edildikləri üçün minnətdarlıqlarını bildiriblər.
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930