Qurban bayramı ilə bağlı heyvan satışı, kəsimi həyata keçirilir və satış şəbəkələri fəaliyyət göstərir
İyulun 9-10-da qeyd olunan Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunur. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir.

Ölkəmizdə fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkinə daxil olmaqla əldə edə bilərlər.

Respublika üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları isə http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkindən əldə etmək mümkündür.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramına dair tövsiyələrində bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəriət qaydalarına əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qurban bayramı ilə bağlı heyvan satışı, kəsimi həyata keçirilir və satış şəbəkələri fəaliyyət göstərir
Qurban bayramı ilə bağlı heyvan satışı, kəsimi həyata keçirilir və satış şəbəkələri fəaliyyət göstərir

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031