“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib. İşçi qrupunun rəhbəri kadr ehtiyatı məsələsinə də toxunub. O bildirib ki, “Yüksəliş” müsabiqəsi olaraq hədəf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kadr potensialını inkişaf etdirmək siyasətini rəhbər tutaraq iştirakçıların qiymətləndirilməsi prosesində ən yeni metodologiyaları və dünya təcrübəsinə əsaslanan müasir yanaşmaları birləşdirərək ən ədalətli seçimi həyata keçirməkdir.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində 317 nəfər iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların bacarıqları ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Namizədlərin bacarıqlarının qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılıb. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Müsabiqənin yarımfinal mərhələsinin nəticələri 3-5 iş günü ərzində açıqlanacaq. Bu mərhələni uğurla keçən 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Qeyd edək ki, müsabiqənin final mərhələsinin iyul 15-17-də baş tutması gözlənilir.

Fevralın 17-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Son xəbərlər

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930