Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə qaliblərlə tanış olan Şahmar Mövsümov daha sonra onlara əsas milli inkişaf prioritetlərindən bəhs edib. Bu prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsinin dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Daha sonra Şahmar Mövsümov qeyri-neft sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini dinləyib, suallarını cavablandırıb.

Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qaliblərinə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib. Kommunikasiya bacarıqlarının doğru istifadə edilməsi üçün dürüstlüyün ən vacib amil olduğunu qeyd edən Prezident Administrasiyasının şöbə müdiri qaliblərə stereotiplərdən qaçaraq, daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək, gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini söyləyib.

Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini, ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31