“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblərQarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlərdə “Yüksəliş” müsabiqəsinin finalçılarının potensialından yararlanmaq, Qarabağın inkişafına, tərəqqisinə töhfə verə biləcək təklifləri və mühüm təşəbbüsləri dəyərləndirmək məqsədilə fikir mübadiləsi görüşü keçirib.

QDF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin qalib və finalçıları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiyaya uyğun olaraq həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra yaranan yeni reallıqlardan bəhs edib.

R.Hacıyev 30 ilə yaxın Ermənistan işğalı altında olan Qarabağın dirçəlişi, yüksək rifaha malik regiona çevrilməsi üçün keyfiyyətli insan gücünün təminatının, müasir idarəetmə sisteminin tətbiqinin olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədbir zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” videoçarxı nümayiş olunub.

Sonra gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm layihə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə məlumat verib.

F.Hacıyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması prosesində təqdim olunan layihələrin əhəmiyyətli rol oynaya biləcəyini diqqətə çatdırıb. O, Qarabağ Dirçəliş Fondu ilə sözügedən sahələrdə birgə fəaliyyəti yüksək qiymətləndirdiyini və mövcud əməkdaşlığın gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Görüşdə müsabiqə iştirakçıları tərəfindən Qarabağ bölgəsinin sürətli bərpasına töhfə vermək məqsədilə informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, energetika və ekologiya məsələlərini əhatə edən ümumilikdə 15 layihə təqdim olunub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları tərəfindən təqdim olunan layihələr qiymətləndirilməsi məqsədilə müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Eyni zamanda, Fond özünün Nizamnamə ilə müəyyən edilmiş məqsədlərinə uyğun gələn layihələrin reallaşdırılmasının mümkünlüyü dəyərləndiriləcək.

Görüşün sonunda fikir mübadiləsi sessiyası keçirilib.

“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər
“Yüksəliş” müsabiqəsinin qalib və finalçıları Qarabağın dirçəlişi və tərəqqisi ilə bağlı fikirlərini bölüşüblər

Son xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31