Qəhrəman haqqında ballada - Cümşüd AYDƏMİROV
Qəhrəman haqqında ballada

İyirmi bir yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Qusarlı Mirzə Vəliyevin əziz xatirəsinə ithaf edirəm

Qusardayam,Nərimanov parkında,
Bir abidə önündə fikrə dalmışam!
İtmişəm xəyallar burulğanında,
Bilmirəm səmada hansı qatdayam!

Postament üstündə bir cavan büstü,
İti baxışıyla hey mənə baxır....
Elə bil daş deyil, özüdür özü,
Sanki nəsə deyir, nəsə danışır...

Haqqında yazılanları,
Oxuyanda uşaqdım.
Səni vəsf edən şeiri,
Amma ki,indi yazdım!
Bağışla ki,gec yazdım!
On səkkiz iyirmi bir,
Ömrün gənclik illəri...
Müharibə dəhşəti,
Peşman edir hər kəsi!
Hələ cavan əsgərsən,
Hər döyüşdən döyüşə,
Daş kimi bərkiyirsən!
Komandirin əmrinə,
Həmişə müntəzirsən!
Topunun arxasında,
Şir idin,pələng idin!
Düşmən sıralarında,
Kabusdun,qorxu idin!
Vahiməydin davada,
Döyüşarası hərdən,
Oxuyan kim, yazan kim?
Rəqs eləyib oynayan;
Mağarı qızışdıran kim?
Bir səs qopur nagahan,
Ləzgi oğlu "Ləzginka"
Oynasın bizim üçün!
Dostlar salır "kruq"a,
Mirzəni oynatmaqçün!
Şığıyıb qartal kimi,
Mirzə girdi meydana!
Yuxarı Ləgərdəki,
Günləri düşdü yada...
Qusarda keçirdiyi,
Ürəyində sevdiyi,
O qızı xatırladıqca,
Qartal kimi süzürdü!
Dostlar alqışladıqca,
O havada üzürdü!
Döyüşlərin sayı yox,
Artıq gəlmir hesaba!
Qələbənin sayi çox,
Hazırsan son savaşa!
Qafqaz,Ukrayna,Polşa,
Bolqarıstan,Rumınya,
Döyüş yolun çox uzun!
Macarıstan şəhəri,
Vaşadda son vuruşun!
Sən ey cavan qəhrəman,
İyirmi bir yaşlı aslan!
Təkbaşına düşmənin,
Üç tankını vurmusan!
Onlara od qoymusan!
Canlı qüvvə sarıdan,
İtiklərin sayı çox...
Başın itirən düşmən,
Bacarmadı sənlə, yox!
Sağ çıxmadı döyüşdən!
Yaralı pələng kimi,
Vuruşdun son anadək!
Döyüş şücaətini,
Göstərmisən sonadək!
Ruhun göylərdədir, səma quşu tək,
Baxırsan ucadan sən bizə sarı!
Uçursan göylərdə qıyya çəkərək,
Qəbrin bilinməyir; məzarın hanı?
Dünyanın ən böyük nəhəng dövləti,
Sən tək oğulların durdu çiynində!
Qalib bir ölkənin igid əsgəri,
Qərib bir büstün var indi vətəndə!
Sovet İttifaqı Qəhrəmanı, bax,
Adı əzəmətli, həm həşəmətli!
İyirmi bir yaşında cəsarətə bax,
Bürüyüb adına bir məmləkəti!
Mirzə Vəliyevindir bu daş abidə,
Üstündə doğumla ölüm tarixi!
Özünə taxt qurub hər bir ürəkdə,
Əfsus olmasa da bir məzar yeri!

Cümşüd Aydəmirov,
Qusar 25.06.22

Son xəbərlər

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31