İlhamın ölümü bizi yaman incitdi - Daşdəmir ƏJDƏROĞLU
Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur.
İnsan üçün sevdiyi, əzizi olan bir şəxs haqqında söz de məsi olduqca çətindir. Onu uşaqlıq illərindən tanıyıram. Haradasa uzaqdan-uzağa qohumluğumuz da olub. Atası mərhum Paşa Ağayev bir çoxumuzun sevimli müəllimi olub. Onun ən çox Elxan qardaşı ilə dostluq etmişəm, xoş münasibətlərimiz olub. Bu da mənim Basqalda komsomol təşkilatında işlədiyim dövrə düşür. Özü haqqında da çox eşitmişdim, amma elə bir yaxından tanışlığımız yox idi. Söhbət İlham Paşa oğlu Ağayevdən gedir. Mən Bakıya işləməyə gələndən bir müddət sonra o Basqal qəsəbə icra nümayəndəliyinə işləməyə dəvət edildi. Ən çox İlhamı buradan tanımağa başladım. Bizi ən çox Elxan qardaşı ilə münasibətləri deyil, dost münasibətləri birləşdirirdi. Yalnız bizim yox, onu tanıyanların hər biri İlhamı gülərüz, təmizqəlbli, Vətən ruhluŞ yurda, el-obaya bağlı bir insan kimi xatırlayır. O doğulub boya-başa çatdığı Basqalı çox sevirdi. Ona görə kəndə qayıdıb bir müddət burada çalışmalı olmuşdu. Mərhum Paşa müəllimin yoxluğu ona pis təsir etmişdi. Sanki bu yoxluğu unutdurmaq üçün kəndə dönmüşdü. Demək olar ki, hər gün atasının məzarını ziyarətə gedir, küçədə rəhmətlik atamı görəndə bir ağsaqqal kimi görüşür, salamlaşır, hal-əhval tuturdu. Bunu atam da demiçdi, özüm də kəndə gedəndə dəfələrlə şahidi olmuşdum.
Hətta bir neçə dəfə məni evlərinə dəvət etmişdi, çünki maraqlı söhbətləri xoşlayırdı. Bilirdi ki, bir journalist kimi məlumatlı insanam, ona görə deyirdi ki, gəl oturub “başımızı açaq”. Mən isə məndən asılı olmayan səbəblərdən bu görüşə gedə bilmirdim. Çünki atamı yalnız buraxma istəmirdim. Fikirləşirdim ki, 5-10 gün kəndə gəlmişəm ki, atamln yanında olum, ona köməklik edim, bir yaxşılığım dəysin. Eybi yoxdur, İlham müəllimi başa salaram. Növbəti görüşlərdə İlham müəllim ağzımı açmamış başa düşürdü və qəbul edirdi də. Çünki arif, başa düşən adam aləmimdə ayrı cürdür.
Heç bir məclisdə, heç bir tədbirdə söz deməyə çə tinlik çəkməmişəm. Allah özü mənə kömək olub. Amma nədənsə indi dostum haqqında danışmağa söz tap- mıram. Nə yaman acı olurmuş dost itkisi, sirdaş acısı, yoldaş yoxluğu... Nə yaman olurmuş dost itkisi... Mən əziz bir dostumu, yoldaşımı, sirdaşımı , eloğlumu, gözəl ziyalımızı itirmişəm. Bu itkiyə dözmək çox çətindir, çox!.. Mənim belə vədəsiz dost itirən vaxtımıydımı?! Adam var evdən gedir, adam var eldən gedir. Mənim vəfalı dostum İlham Ağayev təkçə öz evindən yox, elimizdən getdi. Heyf səndən, İlham qardaşım! Sədd heyf!
İlham Ağayev yaddaşımda mehriban, qayğıkeş, gülərüz, şirin söhbətli, sözünə sadiq, etibarlı dost kimi bir yuva qurmuşdu. Çox təəssüf ki, vaxtsız ölümüylə indi o yuvanı boş qoydu. Onun qəlbi yaşamaq, həyat eşqi ilə dolu idi. Onun qəlbi həsrətlə, intizarla, dərdlə, kədərlə dolu idi. Bir-birinə tamamilə zidd olan bu duyğular onun kövrək ürəyində daima bir-biri ilə yaşam uğrunda mübarizə aparmağındaydı, elə bu mübarizə də onun ürəyində olduqca dərin şırımlar açdı. O kədərini, dərdini, qəmini elə o yaralı ürəyində qoruyub-saxlayırdı, heç kəsə açıb demirdi ki, kimisə incitməsin. Görəsən əziz dostum İlham heç kəsi incitmək istəmədiyi halda, vaxtsız ölümü ilə onu sevənlərin ürəyini necə incitdiyini düşündümü?! Bu dünyaya əlvida deyəndə geridə dostsuz, sirdaşsız, qardaşsız qoyduğu insanları necə, düşündümü?! Qulaqlarımda daim bir nəğmə səslənmək-dədir: “Əziz dostum məndən küsüb, incidi, Ayrılıb yad kimi çıxdı evimdən...”
Əziz dostum, biz həyatda biri-birimizdən heç vaxt inciməmişdik. Amma sənin ölümün məni yaman incitdi, ay İlham!
Qardaşları İmranla Elxana, övladları Elvinə, İlkinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Allah sənə rəhmət etsin. Qəbrin nurla dolsun!

Daşdəmir ƏJDƏROĞLU
İlhamın ölümü bizi yaman incitdi - Daşdəmir ƏJDƏROĞLU
İlhamın ölümü bizi yaman incitdi - Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31