Azərbaycan basketbolçuları Serbiyada beynəlxalq turnirdə ikinci olublar
Serbiyanın Novi Sad şəhərində basketbolun 3x3 növü üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan komandamız turnirdə ikinci olub.
Çempionat iyunun 4-5-də Kiprdə keçiriləcək.