
Xəbərlər
26.09.2019, 13:28
Arıçılar məhsullarını Bal yarmarkasına gətirdilər - Video

Sentyabrın 28-də Bakıda ənənəvi bal yarmarkasına start veriləcək.
20 gün davam edəcək yarmarka artıq 20-ci dəfədir ki, təşkil olunur.
Bizimyol.info xəbər verir ki, arıçılar məhsullarını təqdim etmək üçün Tofiq Bəhramov adına stadionun ərazisinə gətiriblər.
Təşkilatçılar yarmarkanın keçirildiyi günlərdə hava şəraitinin dəyişməsinə tam hazırlıqlı olduqlarını deyirlər, çadırlar istənilən hava şəraitinə dözümlü materialdan hazırlanıb. Bundan başqa çadırlar istilik sistemi ilə də təhciz olunacaq. Arıçılara 1 kq-lıq şüşə bankalar pulsuz paylanacaq. Balın qiymətinə gəlincə, növündən asılı olaraq məhsulun dəyəri dəyişəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













