Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxı Müalicə Diaqnostika Mərkəzində rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşdiyini bildirib.

Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Natiq görkəmli alimin ictimai fəaliyyətindən də geniş söhbət açaraq ən ülvi və nəcib dəyərləri özündə birləşdirən Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıq və ehtiramla yad ediləcəyini qeyd edib.

Sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn çıxış edərək görkəmli oftalmoloq-alimin həyat və fəaliyyəti barədə məlumat verib. Natiq akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş sovetlər məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulayıb.

Digər çıxış edənlər Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimləri Ədalət Həmidov və İslam Ağayev Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə аpаrdığı tədqiqatlardan, qazandığı nailiyyətlərdən geniş söhbət açaraq akademikin elmi fəaliyyətinin nəticələrinin 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində və sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə öz əksini tapdığını bildiriblər.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində həsr olunmuş film nümayiş olunub.
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib
Şamaxıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib

Son xəbərlər

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31