Xəbərlər
15.04.2022, 03:27
UEFA Konfrans Liqası: "Lester Siti" yarımfinala vəsiqə qazanıb
Aprelin 14-də futbol üzrə UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, gecənin ilk matçında İngiltərənin "Lester Siti" klubu Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. Matçın 77-ci dəqiqəsində Ceyms Meddison tarazlığı bərpa edib. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Rikardu Pereyra "Lester Siti"ə qələbə qazandırıb. İngiltərədəki ilk görüşdə hesab açılmamışdı.
"Lester Siti" yarımfinalda "Budyo-Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay