Xəbərlər
13.04.2022, 19:41
Birinci “Rəqəmsal İdeya Müsabiqəsi” keçiriləcək
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə birinci “Rəqəmsal İdeya Müsabiqəsi” həyata keçiriləcək.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda və rəqəmsal ideya quruculuğu sahəsində bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.
Öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından yekunda 120 nəfər iştirakçı olmaq şansını əldə edəcək. Seçilmiş iştirakçılar əsasında 30 komanda formalaşdırılacaq.
Birinci “Rəqəmsal İdeya Müsabiqəsi”ndə iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar. Müsabiqənin son qeydiyyat tarixi aprelin 28-i saat 12:00-dəkdir. İştirakçılar bit.ly/37bnH59 linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Təklif və sualları gencler_birliyi@yap.az elektron ünvana göndərmək mümkündür.
Qalib komandaları xüsusi mükafat və dəyərli hədiyyələr gözləyir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay